İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Prezidentindən önəmli açıqlamalar: "Rusiya xəfifə alınası ölkə deyil"

1813 07.09.2022 18:30 Dünya A A

"Rusiyanı kiçik hesab edənlər, yanılırsınız. Rusiya bu cür qəbul ediləcək ölkə deyil. Baxın, Rusiya təbii qazı kəsdi, qiymətlər qalxdı. İndi hamı qışdan necə çıxacağımızı düşünür. Niyə əvvəlcədən düşünmədiniz. Rusiya ilə Ukrayna arasında daim balanslı olmağa çalışdıq. Bundan sonra da belə olacaq”.

Musavat.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya dövlət başçısı Aleksandar Vuçiçlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

“Qərbin indiki münasibətini doğru hesab etmirəm. Çünki Qərbin siyasəti təhrik üzərində qurulub. Belə olan halda nəticə əldə etmək mümkün deyil. Müharibənin məğlubu çoxdur. Qalibi isə yoxdur. Kimlərsə Ukraynaya maliyyə yardımı etdiyini deyir. Bəs hanı o vəsait?! Mən Rusiyanın və ya Ukraynanın qalib olduğunu deyə bilmərəm. Biz müharibənin bitməsini istəyirik. Amma savaş yaxın vaxtda başa çatana oxşamır. Qeyd edim ki, Rusiya xəfifə alınası ölkə deyil”, - o söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR