"Bu layihələrlə enerjinin müharibə deyil, işbirliyi üçün əsas yaratdığını göstərdik".
APA-nın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əskişəhərdə TANAP layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstan işbirliyi ilk dəfə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə ortaya çıxıb: “Strateji yol dostluğumuz Bakı-Tbilisi-Ərzurum qaz boru xətti ilə davam etdi. Nəqliyyat sahəsində Baklı-Tbilisi-Qars dəmiryol xəttinin açılışını da etdik. Londondan Çinə birbaşa dəmiryolu xəttinin qurulmasına yol açdıq".
Ərdoğan TANAP-ı gələcək illərdə icra ediləcək layihələrinin müjdəçisi adlandırıb: "Uzunluğu 1850 km olan TANAP Türkiyə, Orta Şərq və Avropanın ən uzun təbii qaz xəttidir. Bu layihənin ilkin həcmi illik 16 milyard kub metrdir.






