Türkiyə Parlamentlər Birliyinin (TPB) rəhbərliyi bu gün Xocalı soyqırımının 27 – ci ildönümü ilə bağlı təşkil etdiyi mətbuat konfransında “qatillər və qətliama göz yumanlar Srebrenitsada olduğu kimi mühakimə edilməlidirlər.
ONA xəbər verir ki, mətbuat konfransında TPB sədri Nail Çələbi bəyan edib ki, “beynəlxalq ictimaiyyət ikili standartları ləğv etməli və Xocalı qırğını lənətləməlidir”.
“Azərbaycan ərazilərinin 20 faizinin hələ də erməni işğalı altındadır, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi dörd qətnaməyə baxmayaraq, işğal davam edir” Çələbi deyib.
Çələbi qeyd edib ki, Azərbaycan, öz ərazisini azad etmək gücünə qadirdir ATƏT-in Minsk Qrupu münaqişənin həlli üçün dərhal addımlar atmalı, ya da ləğv edilməlidir. Beynəlxalq ictimaiyyət, ATƏT və BMT bölgədə yeni problemlər, dramlar yaşanmasını istəmirsə, Ermənistanı Azərbaycan torpaqlarında çıxmağın vacibliyinə inandırmalıdır”, birlik rəhbəri əlavə edib.
Daha sonra Xocalı faciəsi ilə bağlı sənədli film nümayiş olunub və azərbaycanlı jurnalist Ülkər Piriyeva "Xocalı" şerini oxuyub.
Xatırladaq ki, Türkiyə Parlamentlər Birliyi (TPB) sıralarında Türkiyənin müxtəlif siyasi partiyalarının təmsilçiləri olan keçmiş və fəaliyyətdə olan millət vəkillərini birləşdirir.







