İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Parlamenti Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsini qəbul edib

499 31.03.2023 01:21 Dünya A A

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası Finlandiyanın NATO-ya qəbulu ilə bağlı Protokolun təsdiq edilməsi təklifini müzakirə edib.

APA xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Deputatların səsverməsinə çıxarılan təklif qəbul edilib. Bununla da ölkənin NATO-ya üzv olması üçün Parlamentdə atılan addım tamamlanıb.

Finlandiya bundan əvvəl NATO-ya üzv olan 29 ölkənin təsdiqini almışdı. Türkiyənin də razılığı ilə onun üzvlüyü mümkün olacaq.

Baş Assambleyada qəbul edilən mətn təsdiq üçün prezident Ərdoğana göndəriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR