Türkiyə Papaya cavab olaraq Ayasofiyanı məscid edir - Qərbdən "qara piar" kampaniyası
Türkiyənin əleyhinə başladılan qara piar kampaniyasını son günlərdə artıran Qərb mətbuatı Türkiyənin Ayasoyfanı məscid olaraq açacağını yazıb.
Avropa.info xəbər verir ki, Qərb mətbuatında yayılan xəbərlərdə Türkiyənin bu addımı Avropa Parlamentinin qətnaməsinə və papanın çıxışına qarşı atacağını bildirib.
Xəbərin sonuna isə bu ifadələrə yer verilib: "Amma Türkiyədə dünyəvi və müasir gənclik, Ayasofyanın məscid olmasına əsla icazə verməyəcək".
İngiltərənin “Economist” jurnalı son sayındakı manşetində "Türklər soyqırım sözünü müzakirə etməkdənsə ermənilərlə əlaqələrini düzəltməlidir" başlığına yer verib.
“Financial Times” qəzeti də Avropa Parlamentinin soyqırımı qəbul etməsinin doğru addım olduğundan yazıb.
“Guardian” qəzeti isə Türkiyənin Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş mərasimin 24 aprel tarixinə salınmasını erməni soyqırımının 100-cü il dönümünü xor görmək kimi dəyərləndirərək Türkiyənin bu səbəblə rüsvay olduğunu yazıb.






