İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ordusu İraqda PKK liderinin avtomobilini lazer bombası ilə vurdu

1773 16.08.2018 17:11 Son xəbər A A

Türkiyə ordusu PKK terror təşkilatının liderlərindən birini məhv edib.

Avropa.info xəbər verir ki, Türkiyə Silahı Qüvvələri (TSq) və Milli Təhlükəsizlik Təşkilatının (MİT) İraqın şimalında PKK-nın Sincar bölgəsinin məsul şəxsi “Mam Zeki Şengali” kod adlı ilə tanına İsmail Özdəni zərərsizləşdirilib.

Adı terror siyahısında yer alan, PKK-nın ən yaşlı üzvlərindən olan 66 yaşlı Özdən sərhəd xaricində hava əməliyyatı nəticəsində zərərsizləşdirilən ilk terrorçudur.

Yerli qaynaqlar zərəsizləşdirilən İsmail Özdenin içində olduğu avtomobilin fotoları yayıblar. Fotolarda vurulan avtomobilin son vəziyyəti nümayiş olunub. Terrorçu İsmail Özdənin olduğu avtomobilin lazer bombayla vurulduğu bildirilir. Terrorçu Özdən 1992-96-cı illərdə Avropada aktiv fəaliyyət göstərib. Terrorçu 1996-ci ildə PKK üzvü olduğu və türklərə aid iş yerlərinə hücum təşkil etməkdə ittiham olunaraq Almaniyada həbs olunub. O 1998-ci ildə Almaniyadan deportasiya olunub. Özdən 2018-ci ildən PKK-nın Sincardakı lideri idi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR