İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə on dövlətin səfirini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib

487 19.10.2021 14:32 Son xəbər A A

Türkiyənin vitse-prezidenti Fuad Oqtay on dövlətin səfirini səlahiyyətlərini aşmaqda və ölkənin məhkəmə işlərinə qarışmaqda ittiham edib.

AZƏRTAC bu barədə Türkiyə KİV-lərinə istinadla xəbər verir.

“Fəaliyyət göstərdikləri ölkənin müstəqilliyinə, habelə məhkəmə sisteminin müstəqilliyinə hörmət göstərməli olan bəzi səfirlər səlahiyyətlərini aşaraq məhkəmə işlərinə siyasi müdaxilə etməyə çağırıb. Bu ölkənin məhkəmələri müstəqildir və Türkiyə tamamilə müstəqil ölkədir. Hüquqi prosesə müdaxilə etmək istəyənlər bu istəklərini öz ölkələrində davam etdirə bilərlər”, - deyə Fuad Oqtay bildirib.

Bir müddət öncə sosial şəbəkə hesablarında hüquq-müdafiəçisi Osman Kvalanın azad olunmasına çağıran Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ səfirləri Türkiyənin Xarici İşlər Nazirliyinə dəvət olunub.

Qeyd edək ki, Osman Kvala əsasən etnik və dini azlıqların beynəlxalq istiqamətli layihələrini dəstəkləyən “Anadolu Kültür AŞ” mədəni fondunun banısıdir. O, 2016-cı ilin iyul ayında Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etmək ittihamı ilə həbs olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR