İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Mərkəzi Bankı inflyasiya proqnozunu dəyişdi – İllik 60,4 faiz

518 28.07.2022 14:24 İqtisadiyyat A A

Türkiyə Mərkəzi Bankı 2022-ci ilin yekununda ölkədə gözlənilən inflyasiya proqnozunu yeniləyib. Musavat.com qurumun rəhbəri Şahap Kavcıoğluna istinadən xəbər verir ki, Mərkəzi Bank 42,8 faiz deyil, 60,4 faizlik inflyasiya gözləyir.

Mərkəzi Bank rəhbərinin dediyinə görə, inflyasiya proqnozunun yenilənməsi qlobal tendensiyalarla bağlı olub: “İlin ikinci rübündə geosiyasi risklər davam edib və onlar iqtisadiyyata mənfi təsir göstərir. Bundan əlavə, vəziyyətə pandemiyanın nəticələri, enerji bazarlarındakı durum və digər faktorlar da təsir göstərir”.

Milli Statistika İdarəsinin məlumatına əsasən, iyun ayında Türkiyədə illik inflyasiya 78,62 faiz təşkil edib. İnflyasiya Analizi Qrupu müstəqil təşkilatının ekspertləri isə bu göstəricinin 175,55 faiz olduğunu bildirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR