İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsində mövqeyini dəyişməyib

391 31.05.2022 12:22 Dünya A A

Türkiyə Şimali Atlantika Blokuna daxil olmaq istəyən İsveç və Finlandiyadan lazımi addımlar gözləyir.

AZƏRTAC xəbər verir ki, bu fikir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “The Economist” jurnalı üçün yazdığı məqalədə yer alıb.

“Türkiyə bu ölkələrin NATO üzvlərinin terrorla mübarizə əməliyyatlarına dəstək verməsini istəyir. Terror bütün üzv dövlətlər üçün təhlükədir və namizəd ölkələr təşkilata qoşulmadan öncə bu faktı qəbul etməlidir. Əgər lazımi addımlar atılmasa, Türkiyə bu məsələdə mövqeyini dəyişməyəcək”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Xatırladaq ki, bir müddət öncə Finlandiya və İsveç Rusiyanın alyansa qoşulmaq üçün NATO-nun baş katibi Yens Stoltenberqə rəsmi ərizə təqdim ediblər. Lakin indiki halda Türkiyə onların alyansa daxil olmasının əleyhinədir. Türkiyə prezidentinin sözlərinə görə, bu ölkələr terrorçuları himayə edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR