İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türkiyə İrəvana bu şərtləri diktə edəcək" - AÇIQLAMA

484 21.12.2021 14:40 Dünya A A

Türkiyənin ilkin şərtləri olmadan Ankara-İrəvan arasında əlaqələrin normallaşması baş tutmayacaq.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Armen Baqdasaryan deyib.

O, Ermənistan rəsmilərinin ilkin şərtlər olmadan Ankara ilə danışıqlara başlaması yönündə açıqlamarına şübhə ilə yanaşdığını bildirib:

“Türkiyə Ermənistandan bir daha “soyqırım”ın tanınması məsələsini beynəlxalq səviyyədə qaldırmaması üçün israr edəcək. Ankara İrəvandan birdəfəlik və həmişəlik ərazi, maddi və s. iddialardan əl çəkməyi tələb edəcək. Daha bir tələb Zəngəzur dəhlizi ilə bağlı olacaq”.

Baqdasaryan, həmçinin əlavə edib ki, Türkiyə Ermənistanda məktəblərin dərslik proqramlarından “erməni soyqırımı” mövzunu da çıxartmağı şərt kimi irəli sürə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR