TÜRKİYƏ GENERALİTETİNDƏN AZƏRBAYCANA DƏSTƏK VƏDİ
Spiker müstəqillik dövründə Azərbaycanın hər zaman Türkiyənin dəstəyini hiss etdiyini, Azərbaycanın yanında olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan xalqı bu münasibəti yüksək qiymətləndirir, öz növbəsində Türkiyəni narahat edən bütün məsələlərdə onun yanındadır (modern.az).
Milli Məclisin sədri vurğulayıb ki, prinsipial məsələlərdə hər iki ölkə eyni mövqedən çıxış edir. Belə ki, Fransa Senatında uydurma “erməni soyqırımı” ilə bağlı məsələnin müzakirəsi ərəfəsində Milli Məclis fransalı senatorlara müraciət ünvanlayıb: “Fransa senatorlarından ibarət nümayəndə heyətinin bugünlərdə ölkəmizə səfəri zamanı onlarla aparılan danışıqlarda bizdə belə inam yaranıb ki, bu ölkənin Konstitusiya Şurası uydurma ”erməni soyqırımı" ilə bağlı məsələdə obyektiv, ədalətli qərar qəbul edəcək. Çünki bu sənədin qəbulu heç bir hüquqi məntiqə sığmır və demokratiyanın beşiyi sayılan Fransanın imicinə böyük zərbədir".
N.Özəl Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi ilk səfərini Azərbaycana etməsindən qürur duyduğunu söyləyib. O, səfər zamanı keçirilən görüşlərdən məmnun qaldığını, iki ölkə dostluğunun sarsılmazlığının bir daha şahidi olduğunu deyib. Ali qonaq Türk Cümhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir” ifadəsini xatırladaraq ölkəsinin hər bir məsələdə bundan sonra da Azərbaycana dəstək verəcəyini vurğulayıb.
Görüşdə Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç və digər rəsmi şəxslər iştirak edib.