İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum: 7 güllə...

865 01.09.2022 21:32 Dünya A A

Türkiyədə futbol federasiyasının binası silahlı hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, silahlı hücum federasiyanın idarə heyətinin iclas keçirdiyi vaxtda baş verib. Məlumatda bildirilib ki, federasiya prezidentinin otağının olduğu və iclasın keçirildiyi mərtəbə hədəfə alınıb, 7 güllə binaya dəyib. Silahlı basqın nəticəsində yaralanan olmayıb.

Hadisə ilə bağlı açıqlama verən Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik hadisədən sonra federasiya prezidenti ilə əlaqə saxladığını deyib. Ömər Çelik əmniyyət qüvvələrinin silahlı basqının bütün detallarını ortaya çıxaracağını bildirib.

Federasiyadan kameraların araşdırıldığı haqda məlumat verilib.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının inzibati binası İstanbul şəhərinin Riva rayonunda yerləşir.

***

Musavat.com xəbər verir ki, Türkiyə Futbol Federasiyasının inzibati binasına atəş açmaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR