İnsanlara hürriyət, millətlərə istiqlal!

“Türkiyə Ermənistanla ən yaxşı qonşuluq münasibətlərinə hazırdır” - Əhməd Davudoğlu

1464 17.04.2015 21:55 Dünya A A
"Türkiyə Ermənistanla ən yaxşı qonşuluq münasibətlərə hazırdır. Amma Ermənistan bizim özümüz kimi gördüyümüz Azərbaycanla yaxşı qonşuluq quracaq addımlar atsın".

APA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Avropa Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərarını şərh edərkən bildirib.
 
Əhməd Davudoğlu dünya ölkələrinin liderlərinə və parlamentlərinə xəbərdarlıq edib: "Kim olursa olsun, tarixi bilgiyə, arxiv məlumatlarına istinad etmədən millətimizi tarix qarşısında mühakimə etmək istəyənlərə qarşı mövqeyimiz açıq və sərt olacaq. Barışmağa, acıları paylaşmağa hazırıq. Amma iş boyun əyməyə gələndə, bizi heç kim boyun əyməyə məcbur edə bilməz".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR