İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ərazisində hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar yaradıb

520 29.11.2021 11:19 Dünya A A

Artıq bir neçə gündür Türkiyə ərazisində hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar yaradıb.

AZƏRTAC xəbər verir ki, ölkə ərazisində yağan güclü yağışlar Antalya vilayətində sel və daşqınlara səbəb olub. Vilayətdə bir çox ev, iş yeri, istixana və əkin sahələrini su basıb, ərazidə qalan 14 nəfər xilas edilib. Bölgədə evlərə dolan suyun boşaldılması istiqamətində işlərə başladılıb.

Hidrometeoroloqlar əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edəcəyini bildirirlər. Noyabrın 29-da böyük şəhərlər də daxil olmaqla ölkə ərazisində hökm sürəcək güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR