İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə dünyaca məşhur sirkin əşyalarını müsadirə etdi - 23 TIR gömrükdə saxlanıldı

1546 12.10.2016 03:34 Dünya A A
Türkiyə dünyaca məşhur “Cirque Du Soleil” sirkinin 23 TIR-ını müsadirə edib.

Musavat.com-un məlumatına görə, bu barədə Türkiyə xəbər saytlarında məlumat yer alıb. Məlumatda qeyd edilir ki, sirk qrupu Türkiyədəki fövqaladə vəziyyəti əsas gətirərək Antaliya EXPO 2016-dakı 40 çıxışını təxirə salıb. Bununla da göstəri qrupunun ölkəyə 5 milyon dollardan çox zərər verdiyi bildirilib və təşkilatçı firma məhkəməyə müraciət edib. 

Bundan sonra Türkiyədən çıxmağa çalışan göstəri qrupunun İstanbul konsertində istifadə etdiyi 23 TIR səhnə əşyalarına gömrükdə əl qoylub.  


EXPO 2016 Antaliya Mədəniyyət Proqramları direktoru Harun Güzel açıqlama verərək deyib: “Sirk OHAL-ı bəhanə edərək Antaliyada səhnəyə çıxmaqdan boyun qaçırdı. Bu davranış EXPO 2016-nın imicinə maddi və mənəvi zərər verdi. Bizə dəyən 5 milyon dollardan artıq zərər üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldıq”.


Musavat.com


Cirque Du Soleil” sirk ile ilgili görsel sonucu

Cirque Du Soleil” sirk ile ilgili görsel sonucu

Cirque Du Soleil” sirk ile ilgili görsel sonucu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR