TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 88 YAŞI TAMAM OLUR
Qeyd edək ki, Türkiyə Cümhuriyyəti 1923-cü il, oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisində elan olunub. 1918-ci ildə I dünya müharibəsində Almaniya ilə ittifaqda olan Osmanlı imperiyası müharibənin başa çatması ilə müttəfiq Antanta qüvvələri tərəfindən işğal olunur. Hazırkı Türkiyə ərazisi də daxil olmaqla, Osmanlı torpaqları ingilis, fransız, yunan, amerikalı və sair hərbi qüvvələri tərəfindən işğal olundu. Anadoluda başlayan azadlıq mübarizəsi (Qurtuluş savaşı) çox keçmədən Osmanlı zabiti Mustafa Kamalın (Atatürk) rəhbərliyi altında böyük bir mübarizəyə çevrilir. 1923-cü il, oktyabrın 29-da isə Türkiyə Cümhuriyyəti elan olunur və Atatürk prezident seçilir. Qeyd edək ki, Türkiyənin Van şəhərində baş verən zəlzələ səbəbi ilə ölkə prezidenti Abdulla Gül cümhuriyyət günü münasibətilə hər il verilən ənənəvi qəbulu ləğv edib.






