Türkiyənin 4 siyasi partiyası Ermənistan hərbi birləşmələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətindəki dövlət sərhədində təxribat törətməsini qınayıb.
Musavat.com xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində yer alan Türkiyənin iqtitar partiyası AK Partiya, ana müxalifət partiyası CHP, Türkiyənin milliyyətçi kəsimini təmsil edən MHP və İYİ Partiya birgə bəyanat yayıb.
Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasına dəstək ifadə olunub, Ermənistanın BMT və ATƏT-in qərarlarına əməl edərək Azərbaycan torpaqlarından çəkilməli olduğu vurğulanıb.
Qeyd olunub ki, sülh və sabitliyin tərəfdarı olan Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olmaqda davam edəcək.
Musavat.com







