İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Böyük Millət Məclisi sədri Binəli Yıldırım kürsüsünü kimə verəcək?

2023 29.11.2018 16:34 Dünya A A

İstanbul Böyükşəhər Bələdiyyə başqanlığı postuna namizəd göstərilən Türkiyə Böyük Millət Məclisi (TBMM) sədri Binəli Yıldırımın öz kürsüsündən imtina edib-etməyəcəyi Türkiyə mediasının son günlərdə ən çox müzakirə etdiyi mövzulardandır.

Musavat.com xəbər verir ki, Ədalət və İnkişaf partiyasının kulislərində isə yeni Məclis sədrinin kim olacağı barəsində müzakirələr davam edir.

Dövlət başçısı Ərdoğanın Argentinada təşkil olunan "G-20" sammitindən döndükdən sonra Binəli Yıldırımın İstanbul Böyükşəhər Bələdiyyəsi başqanlığına namizəd irəli sürülməsinin təsdiq olunacağı gözlənilir.

Bəs Türkiyə qanunvericiliyində bu məsələ necə tənzimlənir?

Türkiyə parlamentinin sədri tərəfsiz mövqedən çıxış etməlidir. Yəni təmsil etdiyi partiya da daxil olmaqla heç bir partiyanın fəaliyyətinə qarışa bilməz. 

Bu qanunun 94-cü maddəsinə əsasən Məclis başçısı və onun müavinləri vəzifə səlahiyyətləri istisna omaqla, digər hallarda təmsil etdikləri siyasi partiyaların Məclis daxilində və xaricindəki fəaliyyətlərinə qarışa, eyni zamanda səsvermə prosesində iştirak edə bilməzlər.

Lakin Binəli Yıldırımın yaxın çevrəsi qanunun bu qədər sərt olmadığını, yəni Yıldırımın Məclis başçısı olmaqla yanaşı, İstanbul meri postuna da namizədliyini irəli sürə biləcəyini düşünür.

TBMM Başkanı Binali Yıldırım

Ədalət və İnkişaf partiyasının daxilində də bu barədə müzakirələr davam edir. Belə ki partiyanın bir çox üzvləri də bu fikirdədir ki, Yıldırım Məclis sədrliyi ilə yanaşı İstanbul meri vəzifəsinə də namizəd ola bilər. Lakin bu siyasi etikaya uyğun olmadığı üçün Binəli Yıldırım Məclis sədrliyindən imtina etməlidir.

Müxalifət partiyaların nümayəndələri də Binəli Yıldırımın Məclis sədrliyindən imtina etməsinin tərəfindədir.

Siyasi partiylar arasında Binəli Yıldırımın TBMM sədrliyindən imtina edəcəyi təqdirdə bir neçə şəxsin bu posta namizədliyi məsələsini də müzakirə edirlər.

Bu müzakirələrdə sabiq TBMM sədri İsmət Yılmazın, Ədalət və İnkişaf partiyasının qrup sədri Naci Bostancı, TBMM sədr müavini Mustafa Şentop, sabiq təhsil naziri Nabi Avcının adları hallanır. (BBC Türkcə)

https://www.bbc.com/turkce/haberler-turkiye-46380898

Məleykə
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR