Türkiyə Azərbaycanın informasiya texnologiyaları sektoruna maraq göstərir
Türkiyədən Elektrik Elektronik və Xidmət İxracatçıları Birliyinin (TET) üzvü olan, proqramlaşdırma və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən 12 seçilmiş üzv firmadan ibarət sərmayə və ticarət heyəti 01-02 dekabr 2016-cı il tarixdə Bakıya səfər edəcək.
Azərbaycan və Türkiyənin informasiya texnologiyaları sektorları arasında “Post-Neft Era” üçün strateji ortaqlığın əhəmiyyətini xüsusi olaraq vurğulayan TET İdarə heyəti üzvü və İnformasiya Texnologiyası-Proqramlaşdırma İxracat Komissiyasının sədri Səlahəddin Esim Azərbaycana yönəlik İdarə heyəti ziyarətinin əsas məqsədlərinin
- Iki ölkə əməkdaşlığı ilə üçüncü ölkələrə yönəlik iş ortaqlıqlarını inkişaf etdirmək;
- Azərbaycana innovasiya gətirmək;
- Azərbaycana sərmayə yatırmaq olduğunu bildirib.
Esim mərkəzi İstanbulda yerləşən Smart Cluster (Ağıllı klasterizasiya) anlayışı daxilində Xəzər bölgəsində keçiriləcək “Smart and Sustainable” kimi nəhəng proyektlərin bu cür stratejik əməkdaşlıqlar üçün doğru bir başlanğıc olacağını söyləyib.
2016-cı ilin dekabrın 1-də Bakıda “Fairmont at Flame Towers Hotel”də Azərbaycanın dövlət və özəl sektorundan dəvət olunan şəxslərin iştirakı ilə ikitərəfli iş görüşmələri baş tutacaq.
Heyət 02 dekabr 2016-cı il tarixdə, cümə günü “Bakutel 2016” sərgisinə baş çəkəcək.
S.Esimin fikrincə, Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Qırğızıstan kimi ölkələrdə həyata keçrilən layihələrlə bağlı əməkdaşlıq perspektivləri ətrafında heyətlə görüşmək istəyən Azərbaycanın dövlət və özəl sektorunun təmsilçiləri bu fürsəti qaçırmamalıdırlar.






