İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının gürüşünün yekununda İstanbul bəyannaməsi qəbul olunub

1401 29.10.2018 15:29 Siyasət A A

Türkiyə, Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri - Mövlud Çavuşoğlu, Elmar Məmmədyarov və David Zalkalianinin İstanbulda keçirilən üçtərəfli görüşünün sonunda bəyannamə qəbul olunub.

"Report"un Türkiyə bürosu xəbər verir ki, Dolmabağça sarayında baş tutan danışıqlar yekunlaşandan sonra XİN başçıları mətbuat konfransı keçiriblər.

M.Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunub. O deyib ki, Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün təmin olunmasını zəruri sayır və bu məsələ hər zaman rəsmi Ankaranın gündəmində olub.

E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Türkiyəyə təşəkkür edib.

Nazirlərin mətbuat konfransında üç ölkənin həyata keçirdiyi enerji layihələrinə toxunulub və üçtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

 
 
 
 
 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR