İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Almaniya modelinə keçir: Yeni komitə yaradılacaq

1311 17.08.2021 20:30 Dünya A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın parlamentin açılışı ilə gündəmə gətirəcəyini açıqladığı sosial media qanunu ilə bağlı yeni detallar ortaya çıxıb. Avropa.info xəbər verir ki, hökumətin qanunvericiliklə bağlı işlərinin yekunlaşdığıbildirilsə də, yalan və əsassız xəbərlər verən şəxslərə və qurumlara ağır sanksiyaların tətbiq ediləcəyi iddia edilib.

Almaniya, İngiltərə, Fransa və Avropa Birliyi ölkələrindəki sosial media qaydalarını araşdıran hökumət, Türkiyə üçün xüsusi bir model yaratmaq üçün son addımı atıb. Almaniyada tətbiq olunan tənzimləmə Türkiyədə tətbiq olunmağa yaxın sayılsa da, bəzi cəza sanksiyaları da qanuna daxil ediləcək.

"Türkiyə" qəzetinin xəbərinə görə, bir şəxs sosial mediada təhqir olunarsa, 3 aydan 2 ilə qədər həbs cəzası ilə mühakimə olunacaq. Yalan xəbər verənlər və yayanlar 1 ildən 5 ilə qədər həbs cəzası ilə cəzalandırılacaqlar. Qanunda mövcud olan cinayətlərə görə cəza sanksiyaları artırılacaq.

Məsələn, Türkiyə Cinayət Məcəlləsinin 125 -ci maddəsində dövlət məmurunu təhqir edənlərə veriləcək cəzanın bir ildən az ola bilməyəcəyi nəzərdə tutulub. Əlavə olaraq, cinayətin şiddəti, nəticəsi, şəxsin mövqeyi, sosial vəziyyəti və cinayət sanksiyalarında niyyəti kimi meyarlar nəzərə alınmaqla qiymətləndirmələr aparıldığı bildirilir.

Əldə edilən məlumata görə, yeni tənzimləmə ilə Sosial Media Komitəsi adlı bir qurum qurulacaq. Bu qurumun İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (BTK) və ya Radio və Televiziya Ali Şurası (RTÜK) nəzdində qurulması planlaşdırılır. Bu yolla, sosial mediada baş verən dezinformasiyalar nəzarətə götürülə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR