"Türkdilli xalqların 20-ci əsrdə pozulmuz əlaqələrinin bərpası çox vacibdir" - ABŞ dövlət katibinin köməkçisi Riçard Hoqland
Bu günlərdə 5-ci illik Türkdilli Dövlətlər-Amerika Konvensiyasının toplantısı keçirilib. Həmin toplantıda ABŞ dövlət katibinin köməkçisi Riçard Hoqland Türk Dünyası coğrafiyası üzrə siyasi, iqtisadi və biznes əlaqələrinin inkişaf perspektivləri, qarşıya qoyulmuş hədəflər və ABŞ-ın bu coğrafiyadakı prioritetləri barədə geniş məzmunlu çıxış edib.
ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya İşləri üzrə köməkçisi Riçard Hoqlandın musavat.com-a göndərilmiş həmin çıxışını olduğu kimi diqqətinizə çatdırırıq:
"Axşamınız xeyir, xanımlar və cənablar...
İlk öncə Doktor Faruk Tabana və Türkdilli Dövlətlər-Amerika Alyansına məni buraya dəvət etdiklərinə və çıxış üçün imkan yaratdıqlarına görə təşəkkür edirəm, bu mənim üçün böyük şərəfdir.
Sizin qarşınıza qoyduğunuz məqsəq – türkdilli xalqların arasında əlaqələrin yaradılması və bərpası – heç də asan iş deyil, Urumçi və İstambul arasında yaşayan xalqların danışdıq dillərində oxşarlıq olsa da, onların tarixləri və mədəniyyətləri mühüm dərəcədə seçilir.
1920-ci illərdə Sovet etnoqrafları tərəfindən çəkilən sərhədlər mövcud olan coğrafi müxtəlifliyi əks etdirə bilməz. Düşünürəm ki, üzərinizə götürdüyünüz iyirminci əsrdə pozulmuz mədəni əlaqələrin bərpası işi çox nəcib bir işdir.
Sizin qarşınızda son dəfə etdiyim çixişdan sonra kifayət qədər irəliləyiş əldə edə bilmişdik. Bir neçə həftə öncə mən Azərbaycanın Səfirliyi tərəfindən təşkil olunan diplomatik seminarda iştirak etdim. Sözügedən seminara Türkiyanın, Qafqaz dövlətlərinin, Əfqanıstan və Mərkəzi Asiya dövlətlərinin səfirləri dəvət olunmuşdu. Hər bir iştirakçının Asiya və Avropa arasında ticarətin genişləndirilməsinə dair həvəsləndirici fikirlari var idi.
Onlar bir zaman Lapis Lazuli Dəhlizi adlanan hava yolu barədə danışdılar. Həmin o yol ki, Asiya, Xəzər dənizi, Cənub Qafqaz və Türkiya üzərindən keçir. Birləşmiş Ştatlar bu görüntünü paylaşır. Şərq və Qərb arasında ticarət əlaqələrinin güclənməsi bizim Mərkəzi və Cənub Asiya arasında ticarəti genişləndirən Yeni İpək Yolu təşəbbüsümüzün vacib komponentidir.
Yeni İpək Yolu təşəbbüsü ilə tanış olmayanlar üçün qeyd edim ki, bu bizim Əfqanıstan da daxil olmaqla, Mərkəzi Asiya dövlətlərini qlobal kommersiyanın bir hissəsinə çevirən uzun müddətli strategiyamızdır. Təəssüf ki, dünya kommersiyasının yalnız 6 faizini əhatə edən Mərkəzi Asiya iqtisadi inteqrasiya baxımından, ən zəif inkişaf edən bölgələrdən biridir.
Lakin qismən Yeni İpək Yolu təşəbbüsü sayəsində müəyyən irəliləyiş mövcuddur. 2009-cu ildən bəri Mərkəzi Asiyanın bölgədaxili ticarəti 49 faiz artmışdır. 2011-ci ildən bölgədaxili malların nəqlində isə 15 faiz artım olmuşdur.
Bunlar yaxşı göstəricilərdir, lakin bundan da çox işlər görülə bilər. İcazənizlə qısa şəkildə Yeni İpək Yolu təşəbbüsünün həm nəzəriyyədə həm də reallıqda necə işləcəyini sizə izah etmək istərdim.
Sözügedən təşəbbüs dörd sütun üzərində qərarlaşır. Onların birincisi bölgədə enerji şəbəkəsinin yaradılmasıdır. Bölgə enerji ehtiyatları ilə zəngin olmasına baxmayaraq, burada müəyyən dövlətlərin enerji çatışmamazlıqları olur. Enerji defisitlərinin bölgənin digər dövlətləri tərəfindən bağlanması iqtisadi fəalliğın artırılmasına və insanlar üçün yeni imkanların yaradılmasına yardım edəcək.
Mövcud olan qaz və neft kəmərlərinə əlavə olaraq, biz Dünya Bankı vasitəsilə CASA-1000 layihəsinə dəstək veririk. Bu layihə çərçivəsində yay aylarında Tacikistan və Qırğızıstanda istehsal olunan hidroenerji artiqları Pakistana və Əfqanıstana satılacaq.
Təşəbbüsün ikinci sütunu ticarət və nəqliyyat əlaqələrinin inkişafı məsələsidir. Yolların, dəmiryolu xəttlərinin və dəniz limanlarının sayı artdiqca daşınan malların sayı çoxalır, daşınma qiymətləri isə aşağı düşür.
Asiya İnkişaf Bankı vasitəsilə biz Mərkəzi Asiya Regional İnkişaf Proqramını dəstəkləyirik. Sözügedən proqram çərçivəsində 2020-ci il üçün Türkmənistan, Əfqanıstan, və Tacikistanı birləşdirən yol da daxil olmaqla, 7800 kilometrlik maşın yolu və 3800 kilometrlik dəmir yollarının tikintisi və təkmilləşdirilməsi nəzərdə tutulub.
Təşəbbüsün üçüncü vacib aspekti gömrük və sərhəd prosedurlarının səmərələşdirilməsidir. Mallar bazara tez və ucuz qiymətlə çatdırılanda, istehsalçılar daha çox mal istehsal etmək, satıcılar daha çox mal satmaq həvəsindədirlər. İstehlakçı isə daha ucuz mal ala bilirlər. Bu ilin yanvar ayında Əfqanıstan, Pakistan və Tacikistan malların daşınmasına əngəl yaradan amillərin aradan qaldırılmasına müəssər olmuşlar. Biz həmçinin Qazaxıstanı, Azərbaycanı, Gürcüstanı və Türkiyənı nəqliyyat tariflərini standartlaşdırmağa və əngəlləri aradan qaldırmağa yardım edən Silk Wind (İpək Küləyi) Dövlətlərarası Razılığının çərçivəsində irəliləyişlər etməyə çağırırıq.
Təşəbbüsün dördüncü sütunu yeni bizneslərarası və insanlararası əlaqələrin yaradılmasıdır. Biz Almatada, İslamabadda, Kabulda, Məzarişərifdə, və Termezdə ticarət nümayyəndələri arasında görüşlər və konfranslar təşkil etmişdik ki, bunun nəticəsində 15 million dollarlıq ticarət razılıqları imzalanmışdır. Bu isə yalnız başlanğıcdır, görə biləcəyimiz işlərin həcmindən bir damcıdır. Kommersiya əlaqələrinə ənqəl törədən amillər aradan qaldırılandan sonra ticarətin inkişafı üçün daha çox stimul olacaq. Sizin təmsil etdiyiniz qruplar iqtisadiyyata və artıma təkan verən bizneslər və insanlar arasında əlaqələrin yaradılmasında vacib rol oynayır.
Digər insanlar regionda bizim gördüyümüz potensialı qeyd edirlər: Çinin ambisiyalı İpək Yolu İqtisadi Kəməri Qərbi Çindən Almaniyaya olan tranziti 44 gündən 14 günə endirəcək. Türkiya, Azərbaycan və Türkmənistan bu yaxında Aşqabadda görüşərək Əfqanıstanın, Türkmənistanın, Xəzər dənizinın, Gürcüstanın, Türkiyənin üzərindən Avropaya aparan Lapis Lazuli Dəhlizi barədə danışmışlar.
Azərbaycan artıq Qazaxstanda və Türkmənistanda olduğu kimi, öz dəniz limanları imkanlarını genişləndirir. Yaxın gələcəkdə isə vaqon daşıyan bərələr sistemi vasitəsilə Mərkəzi Asiya mallarını Aktaudan və Türkmənistandan Azərbaycana daşıya biləcək. Mallar sonra Gürcüstana dəmir yolu ilə və oradan Türkiyə şəbəkəsi vasitəsilə Avropaya nəql oluna biləcək.
Qeyd etmək lazımdır ki, Avropada Mərkəzi Asiya ilə daha yaxşı əlaqələrin olması üçün səylər göstərir. Avropa Birliyində sədrlik edən Latviya Avropa Birliyinin və Mərkəzi Asiyanın əlaqələrinin gücləndirilməsi məsələsini özünün prioritet məsələsi etmişdir və artıq bunun bəhrəsini qörür. Keçən ay Riqaya səfərim vaxtı öyrəndim ki, Özbəkistan orada artıq soyuducu sistemi ilə təchiz olunmuş bir anbar tikmişdir ki, oradan Avropaya meyvə və tərəvəz satır. Bir şey də yadıma düşdü, gənc olanda Daşkənddə işləyərkən təəccüblə öyrəndim ki, burada satılan Tompson üzüm növü kimi tanıdığımız üzüm Kaliforniyaya 20-ci əsrin əvvəlində məhz Özbəkistandan gətirilmişdir.
İcazənizlə Mərkəzi Asiyada Rusiyanın oynadığı rol barədə danışmaq istəyərdim. Təbii ki, Rusiyanın Ukraynada törətdikləri Mərkəzi Asiyada narahatlıq yaradır. Bu bölgəni hədəfləyən Rusiya propoqandası isə təhrif olunmuş, Amerikaya və Avropaya zidd olan məlumatlar yayır.
Biz anlayırıq ki, Mərkəzi Asiya dövlətlərinin Rusiya ilə sıx siyasi, iqtisadi, təhlükəsizlik və insanlararası əlaqələri var. Lakin biz həmçinin bəyan edirik ki, hər hansisa dövlət birtərəfli qaydada digər dövlətin siyasi və ya iqtisadi istiqamətini müəyyənləşdirə bilməz.
Beləliklə, biz bölgədə öz müstəqilliyini və suverenliyini uca tutan dövlətləri dəstəkləyirik və inanıraq ki, bu kimi vacib dəyərlər kommersiya əlaqələrinin genişlənməsi sayəsində daha da güclənəcək.
Çox maraqlı bir zamandır, Sovet İttifaqının dağılmasından sonra Mərkəzi Asiyada dəyişiklik üçün bu kimi potensial olmamışdır. Lakin müsbət dəyişiklik hər bir dövlətin ən yüksək səviyyəsindən siyasi iradə tələb edəcək. Bu olmasa, irəliləyiş cuzi olacaq. Həmişə olduğu kimi, Birləşmiş Ştatlar regionda daha böyük iqtisadi imkanlara və demokratik irəliləyişə dəstək verməyə sadiqdir. Biz bu işdə Türkdilli Dövlətlər-ABŞ Alliyansı kimi təşkilatların yardımına görə təşəkkür bildiririk.
Hər bir kəsə yenidən çox sağ olun, deyirəm və işinizdə uğurlar arzulayıram".
Musavat.com






