İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk qadın Almaniyada bıçaqlanaraq öldürüldü

593 10.02.2025 14:38 Kriminal A A

Almaniyada Türkiyə vətəndaşı qadına hücum edilib.

Türkiyə vətəndaşı Gülay Oğuz Şimali Reyn-Vestfaliya əyalətinin Voerde şəhərində pizza aldıqdan sonra evə qayıdarkən yaşadığı binanın qarşısında bıçaqlanıb.

Duysburq polisinin verdiyi açıqlamaya görə, yerli vaxtla saat 19:45 radələrində naməlum şəxs tərəfindən bıçaqlanan 52 yaşlı Gülay hadisə yerində ölüb.

Prokurorluq ölümün dəqiq səbəbinin müəyyən edilməsi və istintaqa işıq salacaq dəlillərin əldə edilməsi üçün Şimali Reyn-Vestfaliya əyalətində Oğuzun yarılmasının aparılacağını açıqlayıb.

Araşdırmalar davam edir./Milli.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR