Türk polisi Konya bazasına girdi – Əməliyyat
Türkiyə Hərbi Hava Qüvvələrinin Konyada yerləşən 3-cü Əsas Qırıcı bazasında əməliyyat keçirilir.
Axar.az xəbər verir ki, əməliyyata xeyli polis, xüsusi təyinatlı qüvvələr qatılıb.
Doğan Xəbər Agentliyinin məlumatına görə, qiyamçıların zərərsizləşdirilməsi üçün hərbi müdaxilə maşını – TOMA-lardan istifadə olunur.






