Vətən savaşımız davam edir,zəfər paradına sayılı saatlar qalıb. Ərdoğanın Bakıya səfəri, paradda iştirakı nədən xəbər verir? 10 dekabr paradı Azərbaycanla Türkiyənin birgə qələbəsinin nümayişidi. Ərdoğanın Bakı səfərinin geopolitik açıdan təsirləri nələrdir?
Azərbaycan hərbçilərinin Vardenis rayonunda restoran yeyib-içdikləri, mağazalardan alış-veriş etdikləri haqda iddialar var. Bu haqda Ermənistan parlamentinin iclasında deputat İveta Tonoyan danışıb. Bu iddialar doğru ola bilərmi? Bu, bizim hərbi kəşfiyyat, xüsusi xidmət Ermənistanın dərinliklərini sızıb deməkdir?
Türkiyə ordu bölüklərinin Bakının mərkəzində parad məşqlərindən, Türkiyə hərbi texnikasının nümayişindən, Ərdoğanın paradda iştirak üçün ölkəmizə gəlişindən sonra da "Qarabağı Rusiyaya satdı" ittihamları davam edəcəkmi? Qarabağdakı uğurlu hərbi əməliyyatlardan şok olan, erməni ilə birlikdə məğlubiyyətə uğrayan, ictimai-siyasi əhəmiyyətini itirməkdə olan dəstə yenidən dirçəlmək və ayaqda qalmaq üçün son 1 ayda “Qarabağı rusa satdı İlham Əliyev” demoqojisindən yararlanmağa başlayıb. Bu tezislə iqtidarı sərt tənqid edənlər parad hazırlıqlarında ortaya çıxan gerçəkləri görməzdən gələcəklər, yoxsa sakitləşəcəklər?
Azərbaycanda Rusiya hərbçiləri ilə Türkiyə hərbçilərinin müqayisəsi. Rus hərbçiləri Qarabağa ən çirkli işlərlə məşğul olurlar. Məsələn, mina təmizləyirlər, palçıqda eşələnirlər, narazı, qəzəbli ermənilərlə üz-üzə qalıblar. Türk ordusu isə Bakıda parad hazırlığı içindədi. Həm də türk əsgər-zabitlərinin sayı müqayisə olunmaz dərəcədə çoxdur Azərbaycanda.
Bu və digər suallara cavab tapmaq üçün hazırda eks xarici işlər naziri Tofiq Zülfüqarovla danışırıq. T.Zülfüqarov həmçinin son günlər barəsində aparılan antikampaniyaya, ittihamlara da cavab verir. Müzakirədə tamaşaçılarımız da iştirak edir. Bunun üçün musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






