Vətən müharibəsi bitdi, Vətən uğrunda savaş isə bitmədi. Qarşıda daha nə hədəflər var? Türk ordusu Azərbaycana gəlir, gözlənilən hadisə gerçəkləşir. Bu, Qarabağda nəyi və ya nələri dəyişəcək? Eyni zamanda Türkiyə prezidenti Ərdoğan da Bakıya gəlir. Xocalı, Xankəndi məsələsi masada olacaqmı?
Paşinyan getsə, 10 noyabr razılaşması icra edilməyə bilər - Rusiya prezidenti nəyə işarə edib? Putin KTMT-nin iclasında deyib ki, Ermənistanın hazırkı baş nazirinə dəstək göstərmək vacibdir. Çünki məhz o, bu çətin qərarın verilməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Paşinyan gedərsə, Ermənistan bu razılaşmanın bəzi bəndlərini icra etməyəcəkmi? Belə çıxır ki, Paşinyan həm də öz hakimiyyətini uzatmaq üçün üçtərəfli sənədi imzalayıb, indi həm də Rusiyanı şantaj edir ki, mən gedərəmsə, sənədin icrası tormozlanacaq.
Xankəndi - Xocalı müxalifəti: Bəzi müxalifətçilər və mühacirlər ermənilər qədər narahat və kədərlidir - niyə? Xəyal belə edə bilməyəcəyimiz günləri və situasiyaları yaşayırıq. Şuşa azaddır, Laçın qayıdıb, Ağdam, Kəlbəcər, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl Azərbaycandır! Ermənilərin illərlə arzusunda olduğu status cəhənnəmə gedib. Artıq onunla bağlı kimsə danışmır. Ermənistan qaynayır, düşmən ölkədə siyasi təlatümlər ara vermir. İttihamlar, iddialar, xəyanət suçlamaları, əsgər analarının etirazları, iqtisadi çöküş, dinc əhalinin başqa ölkələrə axını... Bütün dünya ermənizmi narazı... Bir düşməni necə əzərlər nümunəsidir, Ermənistan bu gün. Lakin bizdə, Bakıda və mühacirət çevrələrində də narazılar var. Onlar Qarabağı faktiki olaraq, Azərbaycana qaytaran bir iqtidar komandasına, hətta Prezidentə qarşı əks-təbliğata başlayıblar. Dünyada və regionda başqa güclərin, başqa maraq və problemlərin olduğunu unudaraq, niyə Azərbaycan ordusu Xankəndinə enib, oradakı ermənilərin hamısını qırmadı tipli iddialar havada uçuşur. Buna ölkə daxilindəki müxalifət liderləri və elektorartı da get-gedə qoşulur. Onlara nə ad verək?
Ermənistan müdafiə nazirinin və s rəsmilərinin Xankəndinə səfəri nədən xəbər verir? Qarabağın silahsızlaşdırılması prosesi onlarla - Araik və Ermənistan rəsmiləri ilə aparılacaq. Ona görə də onların Rusiya Sülhməramlıları ilə görüşləri də, Xankəndinə gəlib-getmələri də normaldı. Bəs cəmiyyət bundan niyə narahatdır?
Bu və digər sualları hazırda Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə ilə müzakirə edilib.
Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz.
Youtube səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebook səhifəmizin ünvanı:
https://www.facebook.com/NewMusavat/






