Türkiyə Milli Kəşfiyyat Təşkilatının Suriyada keçirdiyi əməliyyat nəticəsində PYD/YPG terror qruplaşmasının briqada “komandanı” İbrahim Babat saxlanılıb.
Metbuat.az xəbər verir ki, zərərsizləşdirilən terrorçu artıq Türkiyəyə gətirilib. Məlumata görə, “Seh Guyi” ləqəbli terrorçunun Suriya sərhədindəki türkiyəli hərbçilərə qarşı hücum planları da ifşa edilib.






