İnsanlara hürriyət, millətlərə istiqlal!

Turçinov: "Rusiyaya xidmət edən hər kəsi güllələmək lazımdır"

1110 11.11.2017 17:40 Dünya A A

Rusiya lehinə hərəkət edən vətəndaşları güllələmək lazımdır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov söyləyib.

“Rusiya Federasiyasının müdafiə qabiliyyətini gücləndirən əməkdaşlığa bir işarə belə varsa, biz həmin şəxsi həbs edib güllələyəcəyik. Başqa variantımız yoxdur. Nə vaxt güllələyəcəyik? Bunu başqa zaman müzakirə edərik. Edam olunmayan şəxslər isə həbsxanaya göndəriləcək”, - deyə o bildirib.

Qeyd edək ki, Ukraynada ölüm cəzası 2003-cü ildə ləğv edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR