İnsanlara hürriyət, millətlərə istiqlal!

Turan aparıcıları qınadı: "Danışıq tərziniz bəzən parodiyaya oxşayır"

511 13.04.2023 14:33 Son xəbər A A

Məşhur aparıcı Turan İbrahimov televiziyada nitq qüsurları ilə bağlı yazıb. Musavat com. Adalet.az-a istinadla xəbər verir ki, aparıcı Turan sosial şəbəkə hesabında paylaşım edib:”Televiziyalarımızdakı gözəl həmkarlar! Əksəriyyətiniz! Türkiyə seriallarına, verlişlərinə baxa- baxa o qədər alüdə olmusunuz ki, özünüz olmağı unudub arada qalmısınız. Maneralarınız, üslubunuz, danışıq tərziniz bəzi məqamlarda hətta parodiyaya belə oxşayır”.

Daha sonra nitq qüsurlu aparıcıları qınayan Turan İbrahimov aparıcıların leksikonunun çox kasad olduğuna diqqət çəkib: "Hələ söz ehtiyyatı azlığından fikirinizi ifadə etməkdə çətinlik çəkəndə, məlum serilallardakı qəlibləşmiş cümlələri Türkiyə türkcəsində işlədib, sonra da “türklər demişkən” deyib, guya vəziyyətdən çıxmanız lap ət tökücüdür. Kitabı keçdim, heç olmasa arada saytlardan bir- iki xəbər, yazı oxuyun deyəcəm, di gəl ki, oralarda da vəziyyət bəzən sizdəki kimidi. Hə, türk sözü eşidəndə tükləri biz-biz olub sarsıntı keçirənlər, bu statusun məğzi sizin qandığınız deyil… Türk bu milllətin dilinin də, sözünün də özüdü. Mən cırlaşan, təqlidçi aparıcılardan danışıram”.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR