Ermənistan hökuməti Qarabağda ermənilərə ev və infrastruktur tikintisi üçün 208 milyon dollar (110 milyard dram) ayırmaq barədə qərar qəbul edib. Bu barədə baş nazir Nikol Paşinyan Ermənistan və Xankəndindəki qondarma qurumun təhlükəsizlik şuralarının birgə iclasında məlumat açıqlayıb.
Xankəndi ermənilərini rəhbəri Arayik Arutunyan isə artıq 4 min evin tikinti layihəsinin hazır olduğunu deyib. Yaxın aylarda isə daha 2 min evin planı hazırlanacaq. Xatırladaq ki, A.Arutunyan bundan əvvəl Ermənistana 30 minə yaxın Qarabağ ermənisinin köçdüyünü bildirmişdi.
Bu ciddi gəlişmə nədən xəbər verir? Ermənilər postmüharibə dönəmində öz məkrli planlarınımı həyata keçirirlər? Azərbaycanın buna rəsmi reaksiyası necə olacaq?
Əslində, kasıb Ermənistanın bu yükə girməsinin əsas səbəbi Qarabağda məskunlaşan ermənilərin dözülməz həyatıdır. Onlar artıq üsyan həddindədirlər. Martın 25-də Xankəndində etiraz aksiyası keçirilib. Etirazçılar separatçı rəhbərlər və sülhməramlı kontingentin yüksək rütbəli şəxsləri ilə görüş tələb ediblər.
"Mənim haqqım" hərəkatının fəalları Azərbaycan dövlətinin nəzarətinə keçən ərazilərdən köçmüş ermənilərin yerləşdirilməsi məsələsinin həll olunmasını tələb edərək Xankəndidə yolları bağlayıblar. Etirazçılar "hakimiyyət”ə tələbləri yerinə yetirmək üçün iki həftə vaxt verdiklərini, lakin məmurların hərəkətlərinin onlara uyğun görünmədiyi təqdirdə etiraz aksiyalarının növbəti günlərdə də davam edəcəyini istisna etmədiklərini söyləyiblər.
Baş verənlərdən sonra separatçı dəstə başçısı Araik Arutyunyanın niyə qəfil Ermənistana getməsinin səbəbi də üzə çıxıb. Çünki Araik Arutyunyan keçirdiyi görüşlərdə ermənilərin sosial vəziyyətinin ağır olduğunu ön plana çıxarıb. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi iclasda isə qərara alınıb ki, Qarabağdakı ermənilərə ev tikmək üçün 200 milyon dollar(110 milyard dram) maddi yardım ayrılsın. Bu maddi vəsaitin yarısını isə “Hayastan” ümumerməni fondu verəcək.
Bu vəsaitindən hələ də siyasi oyunların alətinə çevrilən sadə ermənilərə kömək edəcəyi isə sual altındadır. Görünən budur ki, ağır iqtisadi şərtlər Qarabağdakı ermənilərin vəziyyətini hər ötən gün daha çıxılmaz edir. Bu səbəbdən Qarabağdan qaçış gözləniləndir və zəlil Ermənistan hakimiyyətinin tələsik 100 milyon dollar vəsait ayırması bu cür təhlükəni önləmək məqsədi daşıyır. Amma ermənilər təkcə Qarabağdan yox, Ermənistandan da qaçırlar...
Bu gündən -martın 27-dən etibarən erməni-rus tərəfdaşlarından ibarət bir istehkamçı qrupu Yuxarı Qarabağ ərazisində həm qəsəbələrdə, həm də vadilər, tarlalar və meşə zolaqları boyunca əhalinin sərbəst və təhlükəsiz hərəkətini təmin etmək üçün mühəndis tədqiqatları aparacaq.
Belə görünür ki, Xankəndidəki bütün ssenarilər əslində “rus dilində” yazılır və sadəcə burada səhnələşdirilməsi üçün erməni terrorçularına təqdim olunur.
Birgə növbətçilik xidməti bu günə qədər qəbul olunan bütün sənədlərin pozulması deməkdir əslində. Erməni məkrinə qarşı diplomatiyamız necə cavab verəcək? Azərbaycan prezidenti İlham Əliyevin 26 fevralda çox açıq şəkildə Rusiya sülhməramlıları və ermənilərin mümkün məkrli planlarına qarşı sərt mövqeyi əməli fəaliyyətdə özünü göstərəcəkmi?
Nəcməddin Sadıkovun “çimərlik şou”su, Qaxda ərəb turistlərin əməlləri ilə bağlı yaranan qalmaqal və onların cəzalandırılması, ümumən 9 günlük bayram tətilinin sonlarında ölkə əhalisini narahat edən bütün məsələlərlə bağlı müzakirə bu gün saat 12.00-də “Canlı debat” verilişində müzakirə ediləcək. Ağ Partiyanın sədri Tural Abbaslı gündəmdəki bir çox mövzulara, habelə daxili siyasətdə də qalmaqala səbəb olan siyasi partiyaların Ağdam səfərinə münasibət bildirəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






