İnsanlara hürriyət, millətlərə istiqlal!

Tünzalə Ağayeva üzərinə “press” yazılan zirehli gödəkcədəki fotosuna aydınlıq gətirdi

2354 12.10.2020 14:50 Şou-biznes A A


Bir müddət öncə cəbhə bölgəsinə gedən müğənni Tünzalə Ağayeva jurnalistlər üçün nəzərdə tutulan zirehli gödəkcəni geyinərək, foto çəkdirib və sözügedən fotonu sosial şəbəkədə paylaşıb.

Müğənninin üzərinə “press” yazılan gödəkcə  geyinməsi birmənalı qarşılanmayıb və ifaçı tənqid olunub.

Bəs, müğənni özü bu haqda nə deyir? Onun jurnalistlər üçün nəzərdə tutulan zirehli jileti geyinməsi niyə bu qədər tənqid edildi?

Tünzalə Ağayeva Musavat.com-a bildirib ki, əslində o, jurnalistlərədə  dəstəyini nümayiş etdirib:

“Cəbhə bölgəsinə əsgərlərimizə dəstək olmağa getmişdim. Orada jurnalistlərimizlə qarşılaşdım. Mən də o geyimdə foto çəkdirib, paylaşdım.  Mənim fotomun bu qədər tənqid ediləcəyini düşünmürdüm. Məqsədim, cəbhə bölgəsində iş başında olan jurnalistlərimizə dəstək olmaq idi. Fotonu paylaşanda da öz dəstəyimi bildirmişdim. İnsanlar məni yanlış anladı”.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR