İnsanlara hürriyət, millətlərə istiqlal!

Tunisin sabiq Prezidentinin həyat yoldaşı vəfat edib

593 15.09.2019 20:41 Dünya A A

Tunisin sabiq Prezidenti Əl-Baci Qaida as-Sebsinin həyat yoldaşı Şazliya 83 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə onun oğlu Hafiz Qaid əs-Sebsi “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Şazliya dünən axşam xəstəxanaya yerləşdirilib və bu gün səhər vəfat edib.

Qeyd edək ki, son 5 ildə Tunisə rəhbərlik etmiş Əl-Baci Qaida as-Sebsi iyulun 25-də 93 yaşında vəfat edib.

Bu gün həm də Tunisdə növbədənkənar prezident seçkiləri keçirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR