İnsanlara hürriyət, millətlərə istiqlal!

Tunar onunla işbirliyinə başladı: "Şou-biznesə fırtına kimi girəcəyik” - VİDEO

1373 30.08.2018 15:09 Şou-biznes A A

Gənc müğənni Cahanın ilk klip təqdimatı baş tutub.

Musavat.com xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan təqdimatda müğənni “Uğurlar” adlı mahnısına çəkilən klipi nümayiş etdirib.
Sözləri Mehman Əhmədlinin, musiqisi Tunar Rəhmanoğlunun olan mahnıya klipi rejissor Şəhriyar Zeyni çəkib.

Tunar Rəhmanoğlu gənc müğənnilərə daim dəstək olduğunu, işbirliklərinin davamlı olacağını deyib.

Cahan klip haqda danışarkən bildirib ki, bu, hələ başlanğıcdır: "Yeni-yeni işlərimizlə şou-biznes bazarına fırtına kimi girəcəyik. Bu sənətdə yeni olmağıma baxmayaraq, əmin ola bilərsiniz ki, qısa zamanda bir çoxlarını qabaqlayıb, öz layiq olduğum yeri tutacağam. Bununla bitməyəcək. Bir müddət sonra maraqlı layihələrlə sizin görüşünüzə gələcəyəm".

Qeyd edək ki, təqdimatda Cahanın sənət dostları və media nümayəndələri iştirak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR