TÜMEN BAZARINDA AZƏRBAYCANLILARI QANINA QƏLTAN ETDİLƏR
İki nəfər arasında başlayan davaya daha bir neçə nəfər qoşulub. Qəflətən atışma başlayıb, nəticədə bir nəfər başından güllə yarası alıb. Xəstəxanaya aparılan həmin şəxs orada dünyasını dəyişib. Atışma zamanı daha dörd nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. İlkin məlumata görə, atışma zamanı ölən şəxs Azərbaycan vətəndaşıdır. Hadisə yerindən “Sayqa” və “Vepr” markalı iki ov karabini, travmatik tapança və üç bıçaq götürülüb. Atışmada iştirak edən şəxslər həbs olunub, bir nəfərin axtarışı isə davam edir.






