İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tubzon”a köçürülən məhkumların yaxınlarına görüş verildi

1502 13.01.2015 08:00 Ölkə A A

Səsini güclə eşidirdik. Əziyyətlə oturmuşdu. Onun başının üstündə, ətrafında 5 nəfər nəzarətçi dayanmışdı. Suallarımıza konkret cavab vermirdi. Danışığı ləng idi. Bilinirdi ki, Arazın vəziyyəti ağırdır. Ona çox əziyyət verilib. Suallarımıza ümumi sözlərlə cavab verirdi. Başqa söz deyə bilmirdi. Bizə onun bədəninə baxmağa imkan vermədilər. Belə nəticəyə gəldik ki, çox təzyiqə məruz qalıb”. 

A.Quliyev dedi ki, “Tubzon”un rəisi  Nizami Quliyevlə də görüşüblər:"O dedi ki, 10 günə Araz və başqa məhkumların hara köçürüləcəyi bilinəcək. Sual verdik ki, uşaqlar vərəmdir. Dedilər ki, vərəm deyil". 

A.Quliyev deyib ki, məhkumların “Tubzon”a 2 aylıq köçürülməsələri haqda məlumat var: “Orada karsa salınıblar. 14-cü ”zon"dan ora aparılanlar 2 ayrı karsda saxlanır.
A.Quliyev dedi ki, məhkumlar Anar Qasımlı və İsa Yaqubov da yaxınları ilə görüşə biliblər.

Aygün Yaqubova görüşdə  “Tubzon”un rəis müavini və 4 nəzarətçinin iştirak etdiyini deyib: “İsa dedi ki, yuxudan it, qışqırıq, dubinka səsinə oyanıb. Ayağına ayaqqabı da geyinə bilməyib. Tutub döyə-döyə maşın salıb ”Tubzon"a gətiriblər. İsanı tutduran 14-ün rəisi Əli olub. Qara maskalılara deyib ki, bunu da tutun aparın. İsa axsayır, əlləri göm-göydür, üstlərində deşiklər var, arıqlayıb. Dizləri sıyrıq içindədir. Bədənlərində xəsarətlər var. Döyülməkdən beziblər. Elşad haqda danışıb. Deyib ki, o namaz qılan olub. Başlarına gətirilən müsibətləri həyatında görmədiyini söyləyib. O, Ağdamda müharibə zonasında olub, ayağından yara alıb. Bir ayağından ətini kəsib o biri ayağına tikiblər. Yəni o, daha dəhşətli vəziyyət görüb. Daha böyük vəhşiliklərin şahidi olub". 

Məhkumun yaxını bildirdi ki, 14 saylı CM-ə dekabrın 22-də ordu yeridilməsinin qarşısını Penitensiar Xidmətin rəis müavini alıb: “İsa dedi ki, İmran Tağızadə həmin gün müəssisəyə qoşun yeridilməsinə imkan verməyib. Dekabrın 26-da isə səhərə yaxın hucum olub. Uşaqları ayaqyalın, alt paltarında döyüb, maşınlara doldurub ”Tubzon"a gətiriblər. İsanın əlinin üstündəki, bədənindəki izlər döyülmədəndir. Sərbəst deyil ki, ondan dəqiq soruşaq. Rəis müavini, 4 nəzarətçi dayanıb başının üstündə. “Qızıl Aypara”dan xahiş etmik ki, gedib baş çəksinlər. Bizə təkbətək görüşə icazə vermirlər".

Məhkumun yaxını onun xəstə olmadığı halda “Tubzon”da saxlanılmasına etiraz etdiklərini də bildirdi: “İsa özü də dedi ki, onun heş bir xəstəliyi yoxdur. Onun öd kisəsində daş var. Bundan başqa heç bir problemi yox idi. Adamı döyəndə, işgəncə verəndə onda vərəm əmələ gəlir? Bu uşaqları vərəm müəssisəsinə niyə köçürüblər bunu heç kim bilmir. Müəssisəsinin rəisi deyir bilmirəm. Biz kimdən soruşaq?”

Məhkumun yaxını 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin istefasını tələb etdiklərini də bildirdi: “Rəis Əli başda olmaqla Elşad Babayevi öldürən ”nadzor" və digər vəzifəlilərin istefasını tələb edirik. Bu adamlar sabah başqa bir məhkumu da orada döyüb öldürə bilərlər. Bunun məsuliyyəti Penitensiar Xidmət rəisinin üzərindədir". 
Dekabrın 30-da saxlanıldığı 14 sayı Çəzaçəkmə Müəssisəsindən əfv fərmanı ilə azadlığa çıxan jurnalist Sərdar Əlibəyli isə moderator.az-a müsahibəsində S.Əlibəyli 2014-cü il dekabrın 22-də müəssisəsdə baş verənlər və müəssisəsdəki vəziyyətlə  bağlı bunları deyib: “Mən 14 saylı müəssisədə 2 dəfə olmuşam. Bunu birmənalı şəkildə deyirəm ki, orda məhbus, insan saxlamaq cinayətdir. Oranın birinci iqlim şəraiti, ikinci relyefi, üçüncü də onun içərisində olan şəraiti nəzərə aldıqda orda insan saxlamağın özü qatı cinayətdir. Yay vaxtı orda bəzən əl yumağa belə su olmurdu. 800 adam suyu olmayan, kanalizasiyası işləməyən yerdə həftə ilə necə yaşayırlar artıq siz qərar verin. Mən belə hesab edirəm ki, bu həbsxana bilavasitə insanları öldürməyə hesablanıb. Yəni vəziyyət bu qədər pisdir. Mənə dedilər ki, həkimlər burda işləmək istəmir. Necə olur, həkimlər müharibə bölgəsində gedib işləyir, burda işləmir? Maaşını artıq verin, işləsinlər”.

S.Əlibəyli E.Babayevin ölümü ilə bağlı bunları deyib: “O uşaq öldü. Ölüm səbəbi onun döyülməyi idi. Bir az dikbaş olan, özündən razı olan adamlar çox ağır şəkildə döyülür. Buna ”pres" deyirlər. Adnan tanınan “pres” verənlər var. Onun ölüm səbəbi döyülməkdi. Qəsdən döyüb öldürmək başqa məsələdir. Bu sistemdən gələn bir “qayda”dır, hamı keçdi bu keçə bilmədi. “Bunt”un səbəbi də əslində onunla bağlı idi. “Zon”a çox biabırçı şəkildə qoşun girdi. Səhər saat altıda yaşlı demədən, xəstə demədən hamını döyərək yerindən qaldırdılar. Həmin vaxt bir dubinka da mənim başımdan dəydi. Müəssisənin rəhbərliyi də mənim vəziyyətimlə maraqlandı. İçəri birinci mən qayıtdım və dəhlizdə insan qanından ayaq basmağa yer tapmaq olmurdu. Tutaq ki, S.Əlibəyli kiməsə bir yumruq vurmuşdu ona 4 il iş verdiniz. Bəs bu qədər tökülən qanların məsuliyyətini kim daşımalıdır? Qarşılıqlı olaraq deyirlər ki, məhbuslar da düz etmədi. Məhbus düz eləməyə bilər, zatən o günahkardır. Bəs, siz kimsiniz?"

Baş Prokurorluq: “Cinayət işi başlanıb”

Məhkum E.Babayevin Cəzaçəkmə Müəssisəsində ölümü ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Məlumatda deyilir: “Ötən ilin dekabrın 22-də saat 07 radələrində Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsindən məhkum Babayev Elşad Səid oğlunun ölümü ilə bağlı daxil olan məlumata əsasən Qaradağ rayon Prokurorluğunun müstəntiqi tərəfindən məhkəmə-tibb ekspertinin və Ədliyyə Nazirliyi Tibb Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. İlkin araşdırma ilə müəyyən edilib ki, müəssisədə cəza çəkən bir qrup məhkum baş vermiş hadisədən istifadə edərək rejim qaydalarını pozub, əməkdaşların tələblərinə əməl etməyək müəssisənin normal iş fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlərə yol veriblər. Bununla əlaqədar E.Babayevin ölümünün səbəblərinin, habelə həmin məhkumların qeyd olunan hərəkətləri nəticəsində dəyən ziyanın müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib. Eləcə də müəssisə əməkdaşları və məhkumlardan izahatlar alınıb, E.Babayev barədə aidiyyəti sənədlər, o cümlədən tibbi sənədlər götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Penitensiar Xidmət tərəfindən hadisə üzrə xidməti yoxlama və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib, toplanmış sənədlər aidiyyəti üzrə prokurorluğa göndərilib. Qaradağ rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir”.

E.Babayevin bacısı Simuzər Babayeva “Yeni Müsavat”a Baş Prokurorluğun yaydığı məlumatla tanış olduğunu deyib. Bildirib ki, qardaşını öldürən 14 saylı Çəzaçəkmə Müəssisəsi əməkdaşlarının cəzalandırılmasını tələb edir.

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR