İnsanlara hürriyət, millətlərə istiqlal!

TRT-nin rəhbəri İbrahim Şahin Bakıda mükafat aldı (FOTO)

986 01.10.2013 09:40 Media A A
Görüşdə deputatlar Nizami Cəfərov, Musa Qasımlı, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşğun, Şimali Kipr Kıprıs Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçisi Səadətdin Topukçu, Yunus Əmrə İnstitutunun Azərbaycan təmsilçisi Səriyyə Gündoğdu, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İB-nin sədri Bayram Səfərov, TRT-nin koordinatorları Nasuhi Güngör, Ahmet Böken, mətbuat müşaviri Birol Uzunay, TRT Bakı təmsilçisi Yüksəl Dəyərcan, Azərbaycanın aparıcı media orqanlarının baş redaktorları, təşkilatçı qurumların rəhbərləri və başqaları iştirak ediblər.
Tədbiri açıq elan edən deputat Qənirə Paşayeva “bir millətin iki dövləti” olan Azərbaycan və Türkiyənin yüzillərin sınağından çıxmış qardaşlığından danışaraq, diqqəti çağdaş dünya və informasiyanın bugünkü dünyada roluna yönəldib. Q.Paşayeva TRT-nin, erməni vandalizminə, Xocalı faciəsinə, Dağlıq Qarabağ probleminə, ümumən Azərbaycan həqiqətlərinə xüsusi diqqət ayırdığını vurğulayıb: “Azərbaycanda baş verənlər qardaş ölkəmizin TRT-si vasitəsi ilə geniş şəkildə hər zaman yayımlanır. Bu vəsilə ilə səsimizi bütün dünya eşidir. Ona görə də, ürəklə deyə bilərik ki, TRT bizim səsimizdir”.
Deputat Nizami Cəfərov çıxış edərək TRT-ni doğru informasiya istehsal edən böyük müəssisə adlandırıb, bu böyük müəssisənin Azərbaycanla bağlı gördüyü işlərdən danışıb.
Türkiyənin Azərbaycandakı böyükelçisi İsmayıl Alpər Coşğun, Quzey Kıprıs Türk Cümhuriyyətinin Azərbaycandakı  təmsilçisi Səadətdin Topukçu, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İB-nin sədri Bayram Səfərov, deputat Musa Qasımlı, habelə digər təşkilatçı qurumların rəhbərləri - Əflatun Amaşov, Vüqar Səfərli, Umud Rəhimoğlu və başqaları çıxış edərək, TRT baş müdirinin Azərbaycana səfəri, səfər çərçivəsində keçirilən görüşlər və meydana çıxan ideyalardan, təşəbbüslərdən, habelə cənab Şahinin TRT-yə rəhbərlik etdiyi ötən müddət ərzində həyata keçirilən iri miqyaslı layihələrdən, yeniliklərdən danışıblar.
Çıxışlarda vurğulanıb ki, hörmətli qonaq, xaricdə aldığı ilk fəxri doktor ünvanı ilə bugün Azərbaycanda - Odlar Yurdu Universitetində təltif edilib.
Daha sonra TRT-nin rəhbəri İbrahim Şahinə Azərbaycanın nüfuzlu qurumları olan ABAİ İB, Azərbaycan Mətbuat Şurası və Azərbaycan Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun təsis etdiyi ödül - “Türk Dünyasına yüksək xidmət” plaketi və hədiyyələr təqdim edilib.
TRT-nin rəhbəri İbrahim Şahin görüşdə çıxış edərək, təşkilatçılara öz təşəkkürünü bildirib. O, Azərbaycan barədə ürək sözlərini çatdırıb və Azərbaycanın daim TRT-nin diqqətində olacağını da vurğulayıb.
TRT-nin koordinatorları Nasuhi Güngör, Ahmet Böken, mətbuat müşaviri Birol Uzunaya Azərbaycan-Türkiyə əlaqələrinə göstərdikləri qatqılara görə təşəkkür plaketi təqdim olunub. TRT-nin rəhbəri İbrahim Şahinə, TRT-nin koordinatorları Nasuhi Güngör, Ahmet Böken, mətbuat müşaviri Birol Uzunaya neftlə çəkən rəssam Sabir Çopurovun Azərbaycana aid rəsm tablosu, habelə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı kitab və materiallar da hədiyyə edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR