“Transformatorda qəza” bunların yanında toya getməlidir...
Transformatorda öpüşən oğlanla qızın başına gələnlər iki gündür cəmiyyətin ən səs-küylü siyasi olaylarını kölgədə qoyub. Hadisə ilə bağlı lağ-lağı edənlərlə yanaşı, transformatorun partlaması ilə gənclərin başına gələnlər çoxlarını kədərləndirir. Amma maraqlıdır ki, Yer üzü bundan da qəribə qəzalar, hətta ilginc ölüm hadisələri ilə üzləşib. Bunlar barədə zaman-zaman yazılsa da, son hadisədən çıxış edərək, bəzilərini yada salaq.
1. Amerikada 1995-ci ildə Bir Kola maşınından pulsuz içki almağa çalışan adam maşından çıxan qutu kolanın başına dəyməsi nəticəsində həyatını itirib.
2. Türkiyədə çayxana təmir edildiyinə görə daxmada OK oynayan kəndlilərin üzərinə inək düşüb. Hadisə zamanı sol qıçı sınan və qaş hissəsi zədələnən Ethem Şahin xəstəxanaya yerləşdirilib.
3. Astrologiya elmində yenilik edən cığır açan TychoBrahe adlı Danimarkalı elm adamı tualetə getmədiyi üçün ölüb. 16-çı əsrdə yaşayan alim bilirdi ki, yemək bitmədən süfrədən qalxmaq xoş qarşılanmır. O da qonaq olduğu bir mərasimə getmədən tualetə girməyi unutmuşdu. Yeməkdə çox içki içən elm adamı tualetə getmək üçün icazə istəyə bilməyəcək qədər nəzakətli olduğundan sidik kisəsi partlayıb və 11 gün acı çəkdikdən sonra ölüb.
4. Türkiyədə ŞevketKocakaya adlı şəxs mədəsini sabunla təmizləyə biləcəyini düşünüb maye sabun içib. Sabunu içdikdən sonra halı pisləşən şəxs xəstəxanaya aparılıb.
5. Argentinada arvadını öldürməyə çalışan kişi onu qaldıqları otelin 23-cü mərtəbəsindən aşağıya atıb. Qadın aşağı düşərkən elektrik tellərinə ilişib. Arvadının ölüb ölmədiyindən əmin olmaq istəyən adam özünü aşağı atır. məftillərə yapışma nəticəsində yerə dəyərək həyata vida edib.
6. Yaponiyadan tətil üçün Türkiyəyə gələn Kamoi adlı şəxs Adanada 6 ədəd Adana kababı yeyərək ölüb.
7. 1983-cü ildə Amerikanın San Diego ştatında polislər tərəfindən oğurluq edərkən tutulan qadın polislərə onu buraxmasalar, ölənə qədər nəfəsini tutacağını söyləyib. Polislərin bu istəyi qəbul etməsi nəticəsində qadın öz nəfəsini tutub və ölüb.
8. Kayserişəhərlərarası avtobus terminalında mazut alan sürücünün köməkçisi qaranlıqda ətrafı yaxşı görə bilmədiyi üçün benzin çəninin dolu olub-olmadığını yoxlamaq üçün alışqanı işə salıb. Nəticədə o, 4 ay xəstəxanada yatmalı olub.
9. KhayRahnajet adlı İraqlı bir terrorist içində bomba qurğusu olan bir paketi poçt ilə sui-qəsd ünvanına göndərib. Paketin üzərində kifayət qədər pul olmadığı üçün poçt xidməti paketi geri qaytarıb. Paketi alan amator terrorist paketə bomba qurğusu qurduğunu unudaraq paketi açıb, bombanın partlaması nəticəsində parçalanaraq ölüb.
10. Türkiyədə orta yaşlı bir kişi diş ağrısından xilas olmaq üçün çənəsinə odlu silahdan atəş açıb və beyni dağılaraq ölüb.
11. Avtomobil yolunda küləkdən qorunmaq üçün pencəyini tərsinə geyinən şəxs motosikletdə qəzaya uğradı. Yolda xeyirxah insanlar həmin şəxsin boynunun qırıldığını düşünərək boynunu tərsinə çeviriblər.
12. Yoldaşına zarafat etmək istəyən Jake Fen adlı bir adam özünü yalandan evin tavanından asmış kimi göstərir. Evə gələn həyat yoldaşı ərinin özünü asdığını görüb huşunu itirir. Bu sırada qapını açıq görən qonşuları olan qadın içəri girib. Jake və həyat yoldaşının öldüyü zənn edən qadın evi soymağa qərar verib və nə varsa toplayıb. Evdən yığdıqları ilə çölə çıxmaq üzrə olan qadına Jake təpik atıb. Qadın cəsədin canlandığını zənn edərək qorxudan ölüb.
13. NyuYorkunişlək prospektlərinin birində bir avtomobil piyadaya yüngülcə toxunub. Piyada yerdən qalxmaq istəyəndə oldan keçən biri qalxmazsa sığortadan yüklü miqdarda pul ala biləcəyini söyləyib. O da pul sevdası ucbatından yenidən yola yıxılıb. Avtomobil sürücüsü isə piyadanın yerdən qalxdığını düşünərək qaza basıb və piyada avtomobilin altında əzilərək can verib.
14. Misirdə əkinçilik edən bir adam toyuqlarının birinin il çayına düşdüyünü görüb və onu xilas etmək üçün özünü çaya atıb. Lakin axına düşdüyü üçün sahilə qayıda bilməyib və kömək istəyib. Adamın köməyinə çatan oğlu da girdaba qapılıb. Ata-oğul yardım üçün kömək istəməyə başlayıbıar. Kişini arvadı, qızları və digər oğlu kömək etmək istəsələr də, onlarda da bu, alınmayıb. Nəticədə 6 nəfərlik ailə boğularaq can versə də, toyuq xilas olub.
Sevinc TELMANQIZI






