İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampla Yaponiyanın baş naziri arasında 45 dəqiqəlik söhbət...

931 09.04.2017 13:01 Dünya A A

Bu gün Yaponiyanın baş naziri Şinzo Abe və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

AzərTAc-ın məlumatına görə, Yaponiya hökumətinin başçısı jurnalistlərə açıqlamasında bildirib ki, söhbət zamanı Suriyadakı vəziyyəti və Şimali Koreya məsələlərini müzakirə ediblər.

Baş nazir deyib: “Bir az bundan əvvəl bizim prezident Donald Trampla telefon danışığımız oldu. Danışığın yüksək səviyyəli ABŞ-Çin görüşündən dərhal sonra keçirilməsinə baxmayaraq, biz 45 dəqiqə ərzində Suriya və Şimali Koreya barədə açıq fikir mübadiləsi apardıq. Mən prezident Trampın müttəfiq ölkələrin və dünyanın təhlükəsizliyi, sülhün qorunması işində iştirakını yüksək qiymətləndirirəm”.

Baş nazir əlavə edib ki, onlar Şimali Koreya məsələsində Çinin reaksiyasını xüsusi diqqətlə izləyirlər: “Biz belə bir vahid mövqeyə gəldik ki, Yaponiya və ABŞ-ın bu məsələdə əməkdaşlığı, sıx əlaqədə olması, həmçinin Yaponiya, ABŞ və Cənubi Koreyanın birliyi mühüm əhəmiyyətə malikdir”.

Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.

Xatırladaq ki, aprelin 6-da iki ölkənin liderləri arasında Şimali Koreyanın raket sınağı ilə bağlı da telefon danışığı baş tutmuşdu. Bundan sonra, aprelin 7-də baş nazir Şinzo Abe ABŞ-ın Suriyaya raket zərbələrini dəstəkləmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR