İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq aksiya keçirəcək

498 02.01.2021 02:05 Dünya A A


ABŞ-da noyabrın 3-də keçirilmiş prezident seçkilərində öz məğlubiyyətini etiraf etməkdən imtina edən hazırkı dövlət başçısı Donald Trampın tərəfdarları yanvarın 6-da Konqresin hər iki palatasının səsvermənin nəticələrini rəsmən təsdiq edəndə Vaşinqtonda mitinq keçirəcək.

“Report” xəbər verir ki, bu barədə Amerika lideri cümə günü özünün tvitterdəki səhifəsində bildirib.

"Yanvarın 6-da Vaşinqtonda, saat 11:00-da (Bakı vaxtı ilə saat 20:00-da) böyük etiraz mitinqi keçiriləcək", - dövlət başçısı sosial şəbəkədə yazıb. Ağ Ev rəhbəri əlavə edib ki, tədbirin harada olacağı barədə informasiya veriləcək.

The BIG Protest Rally in Washington, D.C., will take place at 11.00 A.M. on January 6th. Locational details to follow. StopTheSteal!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR