Ukrayna böhranının yaratdığı soyuqluq fonunda Almaniya və Rusiya liderlərinin görüşü dünya siyasətində əlamətdar hadisələrdən biri olaraq qəbul edilib.
Fransanın “Le Monde” qəzetinin analitik yazarı Sesil Butlenin yazdığına görə, iki lider Ukraynadakı situasiya, Avropaya qaz tranziti, Suriya münaqişəsi, İranın nüvə proqramı və nəhayət, Almaniya-Rusiya iqtisadi münasibətlərini müzakirə ediblər.
Müəllif Putin və Merkelin yarım il ərzində ikinci dəfə təkbətək görüşdüyünə diqqət çəkir.
“Yüksək səviyyəli görüşlərin tezliyinin artması Krımın işğalından bu yana yaranan soyuqluqdan sonra bir sıra geopolitik şərtlərin diplomatik münasibətləri normallaşdırdığı təssəvvürünü yaradır”, - müəllif qeyd eidr.
Sesil Butle ilk səbəblərdən biri olaraq iqtisadiyyatı göstərir.
Belə ki, Rusiya Vaşinqtonun tətbiq etfiyi sanksiyalardan əziyyət çəkir. Tramp özü də Almaniya ilə imzalanan “Şimal axını-2” layihəsinə qarşı olduğunu gizlətmir. Üstəlik, Almaniyanın bir sıra ağır sənaye məhsullarına ağır gömrük rüsumları tətbiq edib.

Bu səbəbdən iki ölkənin toqquşduğu bir nöqtə artıq var.
Sesil Butle Almaniyanın fürsətdən istifadə edərək Rusiya ilə münasibətlərdə təşəbbüsü ələ almaq istədiyinə işarə vurur.
Məsələn, Berlin Krımın işağlından 4 il sonra nəhayət ki Ukraynada BMT missiyasını görəcəyinə ümid edir.
Suriyada kansler nə yolla olursa-olsun, miqrasiya böhranının qarşısının alınmasına və humanitar fəlakətin yaşanmamasına çalışır. Putin isə Suriyanın bərpasında avropalıalrın köməyinə ehtiyac duyur. Görüşdə Putin Suriyadakı infrastrukturun bərpasının vacibliyini vurğulayaraq bunun Türkiyə, İordaniya və Livanda yerləşən Suriya qaçqınlarının geri dönməsinə şərait yaradacağını söyləyib. Bu isə Merkelin özü üçün prioritet məsələ sayılır.

Lakin tərəflərin ayrışdığı sahələr də var. Belə ki, Merkel tezliklə Suriyada konstitusiya islahatlarının aparılaraq seçkilərin keçirilməsində israr etdiyi halda, Rusiya Bəşər Əsədi dəstəkləməkdən vaz keçməyəcəyini bildirir.
“Mazeberqdəki görüş Almaniya-Rusiya münasibətlərində yeni bir səhifədir”, Almaniya xarici siyasət cəmiyyətinin Robert Boş adına Mərkəzi və Şərqi Avropa, Rusiya və Mərkəzi Asiya mərkəzinin eksperti Ştefan Mayster müəllifə bildirib.
Maysterin fikrincə, bu vaxta qədər iki ölkə arasındakı münasibətlərin ana mövzusu və parçalanma nöqtəsi Ukrayna olub. Lakin bu gün Angela Merkel və Vladimir Putin digər mövzular ətrafında müzakirə apara bilirlər. Onlaırn ortaq məxrəcə gəldiyi mövzulardan biri də ABŞ-ın acığına İranın nüvə proqramına verdikləri dəstəkdir.
“Yeni dialoq daha çox prqamatizmlə səciyyələnsə də, Almaniya və Rusiya arasında strateji əməkdaşlığı özü ilə bərabər gətirməz. Lakin iki lider də Vaşinqtonun ünvanına mesaj göndərərək Donald Trampın şantajlarına boyun əyməyəcəklərini göstərdilər”, - Mayster bildirib.
Musavat.com






