İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın səyahət qadağası: Məhkəmə “yaxın qohum” anlayışına aydınlıq gətirib

701 14.07.2017 14:39 Dünya A A

Havay məhkəməsinin verdiyi qərara görə, Trampın səyahət qadağası haqqında sərəncamı Amerikada yaşayan şəxslərin nənələr-babaları və digər qohumlarına şamil edilməyəcək. Yəni bu şəxslər ailə üzvlərini ziyarət etmək üçün Amerikaya səyahət edə biləcəklər.

Havay hökuməti Uatsondan Ali Məhkəmənin qərarına şərh verməyi istəmişdi. Ali Məhkəmənin verdiyi qərara görə, Trampın sərəncamı müvəqqəti olaraq qüvvədə qalıb. Ali Məhkəmənin verdiyi qərara görə, yaxın qohumlara bu şamil edilmir.

Lakin Tramp administrasiyası nənə-babalar, nəvələr, qayınlar, baldızlar, əmi-dayılar, qardaş-bacı qızı və oğlu və digər qohumların buna aid edilmədiyini müdafiə etmişdi.

Havay hakimi hökumətin bu təyinatını pisləmişdi. Hakim qərarda qeyd edib ki, “yaxın qohum” anlayışına nənə-babalar da daxildir.
ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncama görə altı müsəlman ölkəsi – İran, Liviya Somali, Sudan, Suriya və Yəməndən ABŞ-a səyahət 90 günlüyünə qadağan edilib, bu ölkələrdən ABŞ-a immiqrasiya isə 120 günlüyünə qadağan edilib.

Trampın ilk sərəncamından sonra hazırda qüvvədə olan sərəncamı da ciddi şəkildə tənqid olundu. Bir sıra ştat məhkəmələri qərarı əsassız adlandırıb, heç bir hüquqi qüvvəyə malik olmadığı haqqında qərar çıxartdı. Bundan sonra ABŞ hökuməti Ali Məhkəməyə müraciət etdi və Ali Məhkəmənin verdiyi qərara görə, Trampın səyahət qadağası öz qüvvəsini müvəqqəti olaraq saxlayıb. Sərəncam barəsində yekun qərar bu ilin oktyabr ayında veriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR