Trampın reytinqi islamofob açıqlamalara görə kəskin düşüb
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd, milyarder Donald Trampın reytinqi bir həftədən də az müddətdə kəskin şəkildə düşüb. Musavat.com-un məlumatına görə, bu barədə “Reuters” aparılan sorğunun nəticələrinə əsasən xəbər yayıb.
Sorğuya əsasən, Trampa rəğbət 5 gün ərzində 43%-dən 31%-ə enib. Belə kəskin eniş onun Parisdəki son terror aktlarından sonra verdiyi bəyanatlarla əlaqələndirilir.
Yada salaq ki, prezidentliyə namizəd ölkədə məscidləri bağlamağa çağırmış, prezident olacağı təqdirdə ölkə müsəlmanlarını seçdirmək üçün onlara elektron baza yaradacağını və xüsusi vəsiqələr verəcəyini bildirmiş, həmçinin, terrorda şübhəli bilinən müsəlmanlara qarşı suda boğmaq kimi işgəncə üsulunu bərpa etməyi təklif eləmişdi.
Bundan əlavə, o, iddia eləmişdi ki, ABŞ müsəlmanları Nyu-Yorkda 11 sentyabr terror aksiyasını alqışlayıblar.
Musavat.com






