İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın qardaşı qızı ona və ailənin digər üzvlərinə qarşı miras iddiası qaldırıb

634 25.09.2020 17:45 Qalmaqal A A

ABŞ prezidenti Donald Trampın böyük qardaşı Fred Trampın qızı Meri Tramp əmisinə və ailəsinin digər üzvlərinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzetində məlumat yayılıb.
Meri Tramp iddia ərizəsində vaxtilə babasından qalan mirasın yaxın qohumları tərəfindən haqsızlıqla qəsb olunduğunu, buna görə də ona olduqca az pay çatdığını bildirib.

Burada Meri Tramp konkret olaraq, Donald Trampı, bibisi Merilin Tramp Barrini, daha bir əmisi Robert Trampı suçlayıb.

Qeyd edək ki, Meri Trampın atası kiçik Fred Tramp, hələ 1981-ci ildə, 42 yaşında ürək tutmasından vəfat edib. İddiaçının yazdığına görə, həmin vaxt onun cəmi 16 yaşı olub. Bundan istifadə edərək əmiləri və bibisi birləşərək atasına çatacaq miras payını mənimsəmək üçün xüsusi fırıldaq sxeminə əl atıblar. Belə ki, onlar ölən qardaşlarının övladına çatacaq məbləği azaltmaq üçün ümumi mülklərin əsl dəyəri barədə məlumatları gizlədiblər. 

“Onlar məni satdılar, mənim milyonlarla pulumu ələ keçirmək üçün gizlicə əməkdaşlıq etdilər. Dələduzluq bunlar üçün sadəcə ailə biznesi, həyat tərzi sayılır”,-deyə Meri Trampın iddia ərizəsində yazılıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR