İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın “linç” kəlməsindən istifadə etməsi insan hüquq müdafiəçilərini qəzəbləndirdi

377 22.10.2019 23:23 Son xəbər A A

ABŞ prezidenti Donald Tramp impiçment barədə təhqiqatı “linç edilməyə” bənzədib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə özünün “tvitter” hesabında yazıb.
“Bütün respublikaçılar anlamalıdırlar ki, əsl “linç” prosesini müşahidə edirlər. Lakin biz qalib gələcəyik!” -deyə ABŞ prezidenti sosial şəbəkə akkauntunda bəyan edib.

Qeyd olunur ki, Ağ Ev rəhbərinin bu kəlmədən istifadə etməsi insan hüquq müdafiəçilərinin, xüsusilə də afro-amerikalıların haqları uğrunda mübarizə aparan şəxslərin xoşuna gəlməyib.

ABŞ-ın Vətəndaş hüquqları üzrə milli komitəsinin prezidenti Kristen Klark “Tramp tərəfindən bu terminin mənimsənilməsindən bezdiyini” söyləyib. Onun sözlərinə görə, Birləşmiş Ştatlarda 1882-1968-ci illər arasında 4743 adam linç olunub və onlardan 3446-ı qaradərili insanlar təşkil edib.

“Linç etmə” bəşəriyyət əleyhinə cinayət və ölkəmizdə irqi zorakılıq tarixinin ən eybəcər səhifələrindən sayılır. Belə olan halda prezident bu sözdən istifadə etməsinə görə utanmalıdır”,-deyə Demokrat partiyasından prezidentliyə namizəd Culian Kastro bildirib.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR