Donald Trampın kürəkəni və baş müşaviri Cared Kuşner İraqın müdafiə naziri ilə Bağdadda görüşüb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “ABC Nyus” televiziyası özünün etibarlı mənbələrinə istinadən yayıb.
Televiziya Kuşnerlə bərabər, İraqda ABŞ Qərargah Rəisləri Komitəsinin rəhbəri general Cozef Danford və prezidentin daxili təhlükəsizlik üzrə müşaviri Tomas Bossertin də görüşdə olduğunu bildirib. Məlumata görə, Danford Kuşnerə İraqda onunla birlikdə rəsmi şəxslərlə görüşməyi təklif edib.






