İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın keçmiş müşavirindən onun vəkilinə şok sözlər: “Culiani bir gün hər kəsi partladacaq əl bombasıdır”

574 16.10.2019 01:49 Dünya A A

ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir Con Boltonun fəaliyyətindən məyus olduğunu açıqlayıb.

Musavat.com xarici agentiliklərə istinadən xəbər verir ki, o, “Fox News” kanalına verdiyi müsahibədə Con Bolton haqqında sərt ifadələr işlədib. Rudolf Culianini C.Boltonun vaxitlə ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden və onun oğlu Hanter Baydenə qarşı cinayət işi açılmasına və onların fəaliyyətinin araşdırılmasına mane olduğunu söyləyib.

Qeyd olunur ki, elə Boltonun özü də opponenti haqqında xoş sözlər sərf etmir. Məsələn, o, bu günlərdə “The New York Times” qəzetinə verdiyi müsahibədə Rudolf Culianini ətrafına zərər törədə biləcək əl bombasına bənzədib.

Vəkil Culiani isə keçmiş müşaviri az qala prezidentə qarşı sədaqətsizlikdə suçlayıb: “Boltonun mənim prezidentin tapşırığı ilə Baydenlərə qarşı topladığım sübutlardan heç başı çıxmırdı. Habuki bu dəlillər Tramp əleyhinə Ukraynadan törənə biləcək siyasi sui-qəsdin üstünü açırdı”.

“The New York Times” ABŞ-ın Milli təhlükəsizlik şurasının Rusiya üzrə departamentinin direktoru Fiona Hillin Nümayəndələr palatasının Kəşfiyyat komitəsinə verdiyi ifadəni dərc edib. Burada Fiona Hill Con Boltonun Rudolf Culiani haqqında başqa fikirlərini də konqresmenlərə çatdırıb. Belə ki, ABŞ prezidentinin keçmiş müşaviri onun vəkilinin Ukraynadakı fəaliyyətini “narkotk maddələr alverinə hazırlıqla” müqayisə edibmiş. Bundan başqa, vəzifəsinə uyğun olaraq Milli Təhlükəszilik Şurasına rəhbərlik edən Con Bolton Rudolf Culianinin Ukraynadakı fəaliyyətinin nəticələrini nəzərə alımayıb.

Görünür, bu da onun vəzifədən uzaqlaşdırılmasına əsas səbəb olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR