“Mən Nümayəndələr palatasında Bill Klintonun impiçment məsələsi müzakirə olunan vaxt hüquqi komitənin üzvü idim. Həmin vaxt biz impiçmentlə bağlı yazılı rəyin ilkin variantlarını işləyib hazırladıq. Nəticədə Nümayəndələr palatası komitənin fikri ilə razılaşdı və Bill Klintona qarşı ittihamı təsdiqlədi. Komitə prezidentin ilkin istintaqda (Monika Levinski işi ilə əlaqədar) içdiyi andı pozduğuna dair hökm vermişdi”.
Musavat.com xəbər verir ki, bu sözlər ABŞ Nümayəndələr palatasının keçmiş üzvü, respublikaçı Bob İnqlisin The Washington Post qəzetinə verdiyi müsahibənin girişində yer alıb.
Keçmiş konqresmenin fikrincə, buna rəğmən Klinton Trampla müqayisədə daha az əhəmiyyət daşıyan ittihamlara məruz qalmışdı:
“Ceyms Kominin Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə amerikalıların da qoşulduğu barədə versiyanı araşdırması faktı ortada vətənə xəyanət cinayətinin baş verməsi şübhəsinin olduğunu göstərir. Doğrudur, indidən impiçmentlə bağlı yazılı rəylərin alınmasına başlamaq hələ tez olsa da edilən müdaxilə dərhal araşdırılmalı, düşmən isə cəzalandırılmalıdır”, -İnqlis qeyd edib.

Bob İnqlis
İnqlis bu yolda ən böyük problemin Donald Tramp, Maykl Pens və ümumiyyətlə, prezident administrasiyası qarşısında əyilən yaltaq mətbuatın mövcudluğunda görür.
Keçmiş konqresmennin rəyinə görə, bu cür situasiyada respublikaçıların siyasi gələcəyi Trampın ən qatı tərəfdarları hesab edilən 39%-lik elektoratdan asılıdır: Bu gün həmin 39% partiyada dominant güc sayılır. Onları basıb keçsən, məhvə məhkumsan!”.

Respublikaçı siyasətçi həmin 39%-ə aid olan insanları inandırmağın lazım gəldiyini düşündüyünü bildirib.
“Ən əsası budur ki, xarici dövlət bizim konstitusiyalı respublikamızın ürəyinə zərbə endirib. Ceyms Kominin də keçən dəfə qeyd etdiyi kimi, əgər amerikalılardan kimsə ruslara bu məsələdə köməklik göstəribsə, problem olduqca ciddidir. Respublikaçılar bu faktlarla bağlı izlərin prezidentə, onun ailəsinə və seçki qərargahına qədər gedib çıxmasına hazır olmalıdırlar. Fox News-da (ABŞ-da Donald Trampın siyasətini tam müdafiə edən tək federal kanal sayılır-red.) bu cür xəbərlərin dəyərləri azaldılır. Partiyanın milli komitəsi təhqiqatın başa çatdırılmalı olduğunu deyir, 39% isə sadəcə çiyinlərini çəkməklə kifayətlənir. Lakin bizə əsl respublikaçlıarın kişiliyi və həqiqi təhqiqat lazımdır”, - İnqlis bəyan edib.
Musavat.com






