İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın ərazi iddiaları bu 2 ölkəyə sərf edir - ŞOK DETALLAR

607 10.01.2025 11:29 Siyasət A A

"Trampın ərazi iddiaları Çinə və Rusiyaya sərf edir".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

ELXAN SON.jpg (74 KB)

Politoloq qeyd edib ki, Kreml Vaşinqtonun Pekinə artan təzyiqindən narahatdır:

"Bayden administrasiyası Çinin Rusiya ilə strateji tərəfdaşlığını zəiflətməyə çalışır. Bu məqsədlə amerikalı rəsmilər və diplomatlar çinli həmkarlarıyla daima təmasdadırlar. Amerikalılar çinliləri inandırmağa çalışırlar ki, Çinin Rusiya ilə strateji tərəfdaşlığı regional problemləri dərinləşdirir.

Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər komitəsinin rəhbəri Qriqoriy Karasin Amerika Birləşmiş Ştatlarının təhdidlərinə baxmayaraq, Moskva ilə Pekinin əməkdaşlığının zəifləməyəcəyi qənaətindədir. Karasin Vaşinqtonun Çin-Rusiya əlaqələrini pozmağa çalışmasını qeyri-etik adlandırıb. "Rusiya və Çində heç kimin Vaşinqtonun tələsinə düşməyəcəyinə inanıram" deyən Karasin dünyanın artıq birqütblü deyil, çoxqütblü olduğunu və Vaşinqtonun bununla hesablaşmaq məcburiyyətində qaldığını vurğulayıb.

Qriqoriy Karasini bu mövzuda açıqlama verməyə məcbur edən səbəb ABŞ-ın maliyyə naziri Canet Yellenin Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifenlə müzakirələri olub. Yellen ilk növbədə çinli həmkarını Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyaya maliyyə dəstəyinin Pekin üçün ciddi nəticələrinin olacağını bildirib. O, bu açıqlamayla Pekini Rusiyaya maliyyə yardımını dayandırmağa çağırıb. Tərəflər eyni zamanda hər iki ölkədəki makroiqtisadi dəyişiklikləri müzakirə ediblər. Onlar həmçinin keçən il birgə təsis etdikləri iqtisadi və maliyyə məsələləri üzrə işçi qruplarının fəaliyyətini nəzərdən keçiriblər.

Göründüyü kimi, Moskva Vaşinqtonun Çin istiqamətində diplomatik fəallığından narahatdır".

Elxan Şahinoğlunun fikrincə, bu narahatlığın başqa tərəfi də var:

"Moskvada Pekinə tam arxayın deyillər, düşünürlər ki, Çin dar macalda Vaşinqtonla dil tapa bilər. Misal üçün, Çin bankları ABŞ sanksiyalarından çəkinərək Rusiya ilə maliyyə mübadiləsindən ehtiyat edirlər.

Bu arada, Pekin Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Trampın xarici siyasət və təhlükəsizliklə bağlı açıqlamalarını diqqətlə izləyir. Trampın Kanada, Panama və Danimarkaya qarşı ərazi iddiaları Pekinin Tayvan siyasətini fəallaşdıra bilər. Çin ordusu 2024-cü ildə Tayvan ətrafında döyüş təyyarələri uçuşlarıyla müşahidə olunan rekord sayda təlim keçirib. Bununla Çin silahlı qüvvələri Tayvan ordusunun müqavimət gücünü müəyyənləşdirməyə çalışıb. Çinin ada ətrafında hərbi gəmilərin və hərbi təyyarələrin müşayiəti ilə davamlı təlimləri Tayvanın müxtəlif dövlətlərlə iqtisadi əlaqələrinə mənfi təsir edib. Çin lideri Si Cinpin Tayvanı Çinə birləşdirmək ideyasından imtina etməyib. Pekin adanı Çinə birləşdirmək üçün beynəlxalq aləmdə münbit zəminin yaranmasını gözləyir. Donald Tramp müxtəlif dövlətlərə qarşı ərazi iddialarından birini reallaşdırmaq istəyərsə, bu, Si Cinpinə Tayvanı ölkəsinə birləşdirmək üçün münbit zəmin formalaşdıracaq. Rusiyanın siyasi dairələrində də Trampın açıqlamalarından məmnundurlar. Məntiq sadədədir: "Amerikaya olarsa, Rusiyaya (Ukrayna ərazilərinin işğalı nəzərdə tutulur) niyə olmasın?""

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR