İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Ursula fon der Lyayenə: “Avropaya hücum olarsa, ABŞ ona qarışmayacaq”

584 10.01.2024 23:33 Dünya A A

“Avropa İttifaqına hücum edilərsə, ABŞ ona kömək etməyəcək”.

Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2020-ci ildə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə təkbətək söhbətində deyib.

“Politico” qəzeti yazır ki, bu barədə Avropa komissarı, iclasda iştirak edən daxili bazar üzrə komissarı Tyerri Breton bildirib və Trampın sözlərini sitat gətirib: “Siz başa düşməlisiniz ki, Avropaya hücum edilərsə, biz heç vaxt sizin köməyinizə gəlməyəcəyik və sizə dəstək verməyəcəyik”.

Onun sözlərinə görə, keçmiş Amerika prezidenti NATO-nun faydasızlığından və ABŞ-ın alyansdan çıxacağından da danışıb.

ABŞ prezidenti Co Baydenin seçki qərargahı bu fikirlərinə görə Trampı tənqid edib. Bayden kampaniyasının rəsmisi Ammar Moussa Politico-ya deyib: "Onun məqsədlərinə çatmazsa, müttəfiqlərimizi tərk edəcəyi fikri, Donald Tramp haqqında artıq bildiklərimizi bir daha vurğulayır: onu maraqlandıran yeganə şəxs özüdür".

Demokrat prezidentin qərargahının əməkdaşının fikrincə, amerikalılar Trampı yenidən seçməməlidirlər, çünki onun NATO-nu zəiflətməklə bağlı hədələri və “Rusiya prezidenti Vladimir Putinlə isti davranışları” ABŞ-ın milli təhlükəsizliyinə və Vaşinqtonun dünya səhnəsindəki nüfuzuna xələl gətirmək riski daşıyır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR