İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan “Twitter” hesabının həmişəlik dondurulması ilə bağlı açıqlama: "Mən bunun baş verəcəyini proqnozlaşdırmışdım" FOTO

1700 08.01.2021 23:22 Dünya A A

ABŞ Prezidenti Donald Tramp “Twitter” hesabının həmişəlik bloklanması ilə əlaqədar vəziyyəti qiymətləndirib.

Musavat.com xəbər verir ki, bu barədə Tramp administrasiyasından məlumat verilib.

“Siz bizi susdura bilməzsiniz!” – deyə Trampın administrasiyası tərəfindən yayımlanan bəyanatda qeyd edilib.

Qeyd edək ki, həmin mesaj mesaj həmçinin dövlət başçısının rəsmi hesabında da paylaşılın. Lakin“Twitter” dərhal bu ismarıcı da silib.

“Mən bunun baş verəcəyini proqnozlaşdırmışdım. Müxtəlif saytlarla danışıqlar aparırıq və tezliklə böyük bir elan verəcəyik. Yaxın gələcəkdə öz platformamızı qurma ehtimalını da araşdırırıq”, - deyə ABŞ prezidenti qeyd edib..

O əlavə olaraq bildirib ki, bu sosial şəbəkə “söz azadlığını qadağan etməkdə günü-gündən daha da irəli gedir”. Tramp həmçinin “Twitter”i demokratlar və “radikal sol”la işbirliyində günahlandırıb.

Qeyd edək ki, daha əvvəl “Twitter” “şiddətə təhrik riski” səbəbindən Trampın şəxsi hesabının həmişəlik dondurulduğunu elan etmişdi.

Trampın qərargahı buna etiraz olaraq sosial şəbəkənin loqotipinin qırmızı rəngli, üzərində oraq və çəkic olan variantını (kompozisiya SSRİ-nin bayrağını xatırladır) paylaşdı. Bundan sonra şirkət qərargahın hesabını da blokladı.

Toğrul İsmayıl,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR